Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyə Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşaması üçün şərait formalaşdırılmasının tərəfdarıdır

14-01-2021, 10:07   


Xəbər verildiyi kimi, bu gün Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Kremlin mətbuat xidməti Vladimir Putinin Türkiyə dövlətinin başçısına yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verdiyini bildirib.
Virtualaz.org-un “Anadolu”ya istinadən məlumatına görə, eyni zamanda, Türkiyə Prezidenti Administrasiyasının məlumatında deyilir ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə söhbətində Ankaranın regionda sabitliyin və sülhün təmin olunması istiqamətində səylərə dəstək verməyə hazır olduğunu vurğulayıb.
Türkiyə Prezidenti qeyd edib ki, Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır.
"Bu məqsədə nail olmaq Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini bir daha bütün dünyaya göstərəcək", - deyə Ərdoğan bildirib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar