Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyadan qalmaqallı açıqlama: Qarabağın statusu üçün səsvermə təklif edilir...

15-01-2021, 19:44   



İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsini tənzimləmək təklifi Bakıya 7 rayonun qaytarılmasını ehtiva etməyib”.

Bizimyol.info Qazeta.ru-ya istinadən xəbər verir ki, bu fikri ATƏT-in Minsk qrupunun həmsədri,RF XİN-in xüsusi səfiri İqor Popov səsləndirib.
O Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın statusu barədə fikirlərini şərh edərkən deyib ki, “7 rayonu sadəcə qaytarıb status barədə unutmaq, sonra da sakitcə dayanıb baxmaq həqiqətə uyğun gəlmir. Rusiyanın təklifləri BMT və ATƏT-in nəzarəti ilə regionun statusunu müəyyən etmək üçün orada səsvermə keçirilməsini nəzərdə tutur.
Rusiyalı həmsədrin sözlərindən belə çıxır ki, Rusiya Dağlıq Qarabağın statusunun orda yaşayan əhalinin arasında səsvermə keçirməklə müəyyənləşdirməyi tələb edir.
Qeyd edək ki Paşinyan 44 günlük müharibənin nəticələrini şərh edərkən 2015-ci ildə Rusiyanın 7 rayonu qaytarmaq və əvəzində Qarabağa status vermək təklifi barədə danışıb.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar