Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Daha bir sərhəd pozuntusu: Köçəryan Xankəndiyə gəldi

16-01-2021, 15:32   




Dünən Qarabağda itkin düşmüş hərbçi valideynlərinin Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədri Andranik Köçəryanla görüşü olub.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb. Maraqlı məqam odur ki, görüş Xankəndi şəhərində baş tutub.
Qəzet Köçəryanın Xankəndiyə Azərbaycanın icazəsi əsasında gəlib-gəlmədiyi haqqında heç bir məlumat verməyib.
Qeyd edək ki, Ermənistandan Azərbaycanın hələlik Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə Laçın dəhlizi vasitəsilə qanunsuz səfərlərin dayandırılması barədə Bakı İrəvana dəfələrlə xəbərdarlıq edib və bunun ağır nəticələri olacağını bildirib.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar