Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kremlin ikibaşlı Qarabağ siyasəti: Rusiya sülhməramlıları kimə xidmət edir?

16-01-2021, 15:47   


“Rusiya Qarabağa ermənilərini hər gün Xankəndi, Ağdərə və Xocavəndin bəzi hisslərində yerləşdirir”.
Turkustan.info-nun xəbərinə görə, bunun Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Ermənistandan avtobuslarla daşınma həyata keçirilir:
“Bütün sosial problemləri həllini Moskva öz üzərinə götürüb. Rəsmi Kremlin bu siyasəti ermənilərin sayını 100 minə qaldırmaq, status və referendum məsələsini ortaya atmaqdır. Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti, yalnız bundan ibarətdir. İlk növbədə burada ermənilərin müdafiəsini təşkil edir. Sülhməramlıların atəşkəsi qorumasına gəldikdə, burada silahlı erməni birləşmələri Bəyannaməyə uyğun olaraq çıxarılsa, atəşkəsin qorunmasına ehtiyac qalmayacaq. Burada silahlı erməni terrorçuları sülhməramlı qüvvələrininin birbaşa nəzarətindədir. Amma Rusiya silahlıların çıxarılması şərtinə əməl etmir. Bu da siyasi münasibətlərdə ciddi probelmə gətirəcək. Həmçinin məqsəd demoqrafik quruluşu dəyişməklə azəbaycanlı köçükünlərin Xankəndi, Ağrədəyə qayıdışına mane olmaqdır.
Rusiyanın Qarabağla bağlı siyasəti regional şərtlər nəzərə alınmaqla, Azərbaycan tərəfindən qəbul edilib. Amma tətbiq etdiyi siyasət Azərbaycanın əleyhinədir. Ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələri Qarabağda sülhə deyil, iki icma arasında düşmənçiliyin davam etməsinə xidmət edir. Qarabağa gətirilən ermənilər daimi burada qalmayacaq. Çünki burada Rusiya onların daim sosial təminatını təmin edə bilməyəcək. Yardımdan asılı olan ermənilər Qarabağı tərk edəcəklər”.
Politoloq bildirir ki, Rusiyanın bu planı regionda qalıcı sülhə və təhlükəsizliyə təhdiddir:
“Türkiyə də Rusiyanın sülhməramlı missiyasının hazırkı fəaliyyətinə etiraz edir. Rusiyanın Qarabağdakı siyasətinin neytrallaşdırmaq və bir çərçivəyə salmaq yalnız Türkiyənin Azərbaycanda hərbi iştirakını artırmaqla mümkün olacaq. Türkiyənin Azərbaycanda hərbi hava bazalarının açması və Qarabağda öz hərbi kontingentini yerləşdirməsi siyasi danışıqlarda vəziyyəti leyhimizə dəyişə bilər”.     /Anaxeber.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar