Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Separatçılar Rusiyadan dəstək aldıqlarını etiraf etdilər

16-08-2014, 17:18   
Separatçı “Donetsk Xalq Respublikası”nın yeni rəhbəri Aleksandr Zaxarçenko Rusiyadan böyük həcmdə dəstək aldıqlarını etiraf edib.

Zaxarçenko separatçı qruplaşmanın sıralarının 4 ay ərzində Rusiyada təlim keçmiş 1200 nəfərlik şəxsi heyət, tank və zirehli maşınlarla gücləndirildiyini bildirib.

Onun sözlərinə görə, ehtiyac qüvvələr ən çətin zamanda çatdırılıb.

“1200 nəfərlik şəxsi heyət dörd ay Rusiya Federasiyasının ərazisində təlim keçib. Bundan başqa, bizə 30 tank və 120 zirehli maşın da göndərilib”, - deyə A. Zaxarçenko bildirib. (APA)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar