Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD 300 yezidi kişini öldürdü, 3 min qadını əsir götürdü

17-08-2014, 16:09   
İŞİD 300 yezidi kişini öldürdü, 3 min qadını əsir götürdüİraqda terrorçular yezidlərin yaşadığı yaşayış məntəqələrindən 3 mindən çox qadını əsir götürüblər.

Onlar Sincar rayonunun şərqindəki Təl-Afar şəhərində yaradılmış düşərgədə saxlanılır. “İTAR TASS”ın verdiyi xəbərə görə, bu barədə “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının böhran qrupunun rəhbəri Donatella Rovero bildirib.

Onun sözlərinə görə, Sincar rayonun kişi əhalisi kütləvi şəkildə qətlə yetirilir. Belə ki, Mücəma əl-Cəzirə kəndində 300-dək kişi terrorçular tərəfindən edam edilib. Mosulun qərbindəki Koco kəndində isə silahlılar 80-dən çox kişini qətlə yetirib, 135 qadını isə girov götürüblər.

“Əl-Mayədin” telekanalının məlumatına görə, “İslam Dövləti” (əvvəlki adı "İraq və Şam İslam Dövləti" və ya İŞİD) qruplaşmasının nəzarəti altında olan ərazilərdə qadın qul bazarları fəaliyyət göstərir (APA).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar