Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakı bulvarında tramvay işləyəcək

8-09-2013, 15:23   
Bakı bulvarında tramvay işləyəcək"Böyük Bakının Regional İnkişaf Planı" layihəsində 92,3 kilometr uzunluğunda metro xəttinin çəkiləcəyi nəzərdə tutulur. Mövcud metro xətlərinin uzunluğu isə 34,7 kilometr təşkil edir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində metronun şəhər nəqliyyatında çox mühüm rol oynadığını bildirib.

C.Qocayev deyib ki, metro digər nəqliyyat növləri, o cümlədən elektrik qatarı ilə müqayisədə əlavə ərazi tələb etmir. Yəni heç bir tarixi abidə və tikili sökülmədən yerin altı ilə yol çəkilir. Məhz bu baxımdan metro tikintisinə layihədə xüsusi önəm verilir.

Elektrik qatarı üçün isə müvafiq yol çəkilməlidir. Bununla belə ən səmərəli yerüstü nəqliyyat elektrik qatarı hesab olunur. Şəhər ətrafında nəqliyyatın bu növü geniş tətbiq edilir.

Şöbə müdiri qeyd edib ki, gələcəkdə paytaxtda, Dənizkənarı Bulvar ərazisində ekoloji cəhətdən təmiz olan tramvaydan da istifadə ediləcəyi istisna deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar