Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AZAL Bakı-İstanbul uçuşlarını dörd reysədək artırır, iyulun 16-dan həftəlik Bakı-London-Bakı reysi, ABŞ 2021-ci ilin iyulunda ÜST-dən çıxacağını BMT-yə bildirib

8-07-2020, 10:18   


bu gün AzərbaycanAZAL.AZ
Şəklin alt yazısı,AZAL həftədə bir dəfə olmaqla Bakı-London-Bakı reyslərinə başlayır
AZAL gələn həftədən etibarən Bakı və İstanbul arasında yerinə yetirilən aviareyslərin tezliyini artıracaq.
Bununla da, Bakı-İstanbul-Bakı istiqaməti üzrə yerinə yetirilən uçuşların ümumi sayı həftədə dörd reys artırılaraq səkkiz reysə çatdırılacaq. Uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri həyata keçiriləcək.
"Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərilə analojidir," - aviaşirkət bildirib.


AZAL bildirib ki, tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30 faiz həcmində güzəştdən yararlana biləcəklər. Bunun üçün aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.
Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən son 48 saat ərzində keçən və nəticəsi neqativ çıxan sərnişinlər buraxılacaq.
Koronavirus testlərini isə sərnişinlər həkim göndərişi olmadan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş aşağıdakı laboratoriyalarda verə bilərlər.
- Referans laboratoriyası;
- Leyla klinikası;
- Memorial klinikası;
- Bona Dea xəstəxanası;
- İnci laboratoriyası;
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
- Kaspian Hospital;
- UltraLab.

Həftədə bir dəfə Bakı-London-Bakı reysi

AZAL iyulun 16-dan Bakı-London-Bakı reyslərinə də başlayır. Aviaşirkət bu reysləri həftədə bir dəfə olmaqla avqustun 27-dək təşkil etməyi planlaşdırır. marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.⠀
Aviaşirkət bildirir ki, Bakı-London reysi ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Böyük Britaniyanın tətbiq etdiyi yeni qaydalara əsasən, uçuşdan 48 saat əvvəl gov.uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda sərnişinlər Londonun "Hitrou" hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.
London-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.
ABŞ BMT-yə ÜST-dən çıxacağını bildirib
bu gün ABŞEPA
ABŞ mediası Trump hökumətinin 2021-ci ildə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılacağını Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi şəkildə bildirdiyini yazıb.
Razılaşmaya görə, ABŞ təşkilatdan ayrılacağını ən azı bir il öncədən xəbər verməlidir. Buna görə də ABŞ-ın üzvlüyünə 6 iyul 2021-ci ildə son veriləcək.
ABŞ-ın təşkilatdan çıxması ÜST-ün əsas maddi qaynağının kəsilməsi deməkdir.
İki illik büdcəsi 6 milyard dollar təşkil edən ÜST-ə bu ölkənin maddi dəstəyi 2019-cu ildə 553 milyon dollar olub.
Trump hökuməti koronavirusla mübarizədə səhv buraxmaqda günahlandırdığı ÜST-ü xeyli müddətdir ki, tənqid edirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar