Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Çörəyi daşdan çıxanlar evdə otura bilməz

2-04-2020, 22:01   
 


İnsanlar zavodlar, fabriklər bağlanandan çöldədirlər. Artıq 30 ildir. Səhər evdən çıxıb axşam qayıdırlar. Bəziləri hətta evdən çıxıb daha uzağa – Rusiyaya, Türkiyəyə, İrana gediblər. Bir tikə çörək üçün. Avropaya, Amerikaya baxmayın. Onlar heç vaxt evlərini tərk etməyiblər. Ona görə də vətəndaşları da karantin qaydalarına əməl edirlər. Bilirlər ki, hökumətləri dəstək verəcək. Bizdə fərqli situasiyadır. Dövlətdən dəstək gözlədikləri halda məlum oldu ki, dəstək rəsmi işləyənlərə olacaq. Yenə də evdə oturmağa vaxtı olmayanlar köməksiz qalacaqlar.
İnsanları evdə oturmamağa görə qınamayın. Onlar bunu çoxdan unudublar. Bəyəm işlədikləri kafelərdə, çayxanalarda az xəstəlik tapıblar? Yoxsa tikintidə az ölümlə üzləşiblər? Xəstəxanalarda necə – az can itiriblər? Yol nəqliyyatında bəs? Binalar o qədər boş qalıb ki, indi 24 saat camaatı saxlamağa tab gətirəcəklərmi? İsti evdə notebook qarşısında çörək pulu qazananlar üçün evdən çıxmamaq faciə olmaya bilər, amma çörəyi daşdan çıxanlar, zibillikdə eşələnənlər üçün evdə oturmaq virusdan da pis ölümə bərabərdir.
Evdə oturmaq gündəlik çörək pulu dalınca gedənlərə can sağlığından başqa heç nə verməyəcək. Onlar üçün can sağlığı şərtidir. Çünki evdə oturmaq da can sağlığına ziyandır. Pulsuz cibdə, şəraitsiz evdə, xəstə orqanizmdə necə sağlam ruh ola bilər…
İqtisadçı Samir Əliyev
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar