Sizin Reklam Burada

Millət vəkili: “Sonu yetişən Ermənistan rəhbərliyini heç nə xilas edə bilməyəcək!”

16-07-2020, 09:38   


“Mövcudluğunun son günlərini yaşayan Ermənistan iqtidarı ölkə ictimaiyyətinin diqqətini sosial –siyasi problemlərdən yayındırmaq üçün çox təhlükəli bir avantüraya əl atmışdır. Vətəndaş itaətsizliyinin geniş vüsət aldığı forpostun liderləri işğalçı müharibəni uğursuz şəkildə davam etdirməyə çalışmaqla, öz sonlarını birmənalı şəkildə yaxınlaşdırmış oldular”.
PİA.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirmişdir ki, iyulun 13-dən 14-nə keçən gecə AzərbaycanErmənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfinin bir gün öncəki təxribatından sonra şiddətli döyüşlər davam etmişdir. Düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilib. Qarşı tərəf canlı qüvvə ilə 100 nəfərdən çox itki verərək geri çəkilib;
Ağır döyüşlər zamanı ordumuzda da itkilər olub. General-mayor Polad Həşimov,onunla bərabər bir neçə zabit və əsgərimiz işğalçılarla döyüşdə qəhrəmancasına şəhid olublar. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi nəticəsində Ağdam kəndinin sakini,76 yaşlı Əziz Əzizov həlak olmuşdur. Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları qətlə yetirmək faşizmin və barbarlığın əyani təzahürüdür.
Millət vəkili bildirib ki, ermənilər başladıqları fitnəkarlığın bədəlini artıqlaması ilə ödəməkdədir. Qeyd etdiyimiz kimi, iki gün ərzində erməni tərəfinin münaqişə bölgəsində, demək olar, bütün döyüş istehkamları və sursatı, mühəndis qurğuları, canlı qüvvəsi darmadağın edilib. Ermənistan ordusunda ruh düşkünlüyü çox yüksəkdir. Zabitlər və əsgərlər döyüşməkdən imtina edib, qaçmaq istəyirlər. Lakin onlar məcburən saxlanılır və həbs edilirlər. Bunu erməni ordusundakı təlaşı, nəzarətsizliyi və döyüş meydanından kütləvi qaçışları əks etdirən onlarla videoların yayılması da təsdiqləyir. Bu kimi videoları təkcə sadə ermənilər deyil, zabitlər özləri də yayırlar.
İki günlük döyüşlər bir daha təsdiq etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan – Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir.
Millət vəkili deyib ki, ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində Azərbaycan ordusuna,onun Ali Baş Komandana, dövlətə dəstəyini ifadə edərək əllərində Azərbaycan bayraqları, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndiriblər. Bu onu göstərir ki, Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Xalq-Ordu vəhdəti sarsılmazdır. Xalq dövlət başçısının siyasətini dəstəkləyir. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı da yüksək qiymətləndirilməlidir.
Bununla belə, bir qrup insan vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışmışdır.Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməmiş, orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni Milli Məclisin binasına daxil olmuş və binaya zərər vurmuşlar.Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışıblar. “ Lakin vətənpərvər qüvvələr və hüquq- mühafizə orqanları qısa müddət ərzində fitnəkarları zərərsizləşdirmişlər. Əminliklə bildiririk ki, dövlətimiz belə təxribatların qarşısını qətiyyətlə alacaq, təxribatçılar və araqarışdıranlara layiqli cəza veriləcəkdir!”.
Millət vəkili Ermənistan ordusunun hücumunun qarşısının alınması zamanı 11 hərbi qulluqçumuzun şəhid olmasına dərindən üzüldüyünü bildirib. “Mən onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Şəhidlərimizin ruhu rahatdır, çünki qanları yerdə qalmadı. Təhlükəsizlik Şurasının son iclasında Prezident İlham Əliyev Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını bəyan edərək deyib: “Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”.


 Kamaləddin Qafarov
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar