Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Ermənistan çarpaz zərbələr altında: düşmən cəbhədə də, diplomatik alanda da yenilir

22-10-2020, 09:11   



Bakının hərb və diplomatiya meydanında düşməni əzməsi, qardaş Türkiyənin dəstəyi öz işini görür; başını itirən işğalçı ölkə isə özündən başqa hamını suçlu çıxarır, hətta Makronu da...

BMT Təhlükəsizlik Şurası (TŞ) da Ermənistanın ümidlərini puç etdi. Bu, işğalçı tərəfin imdad dilədiyi ən son ünvan idi. Ancaq gözlənildiyi kimi, mötəbər təşkilat təcavüzkarı başından edib, onun timsah göz yaşlarına, “Artsaxda yeni genosid” nağıllarına inanmayıb. Növbətçi bir bəyanatla kifayətlənib. Bundan öncə Avropa Birliyi və ATƏT İrəvana dirsək göstərmişdi. Başı prezident seçkisinə qarışan ABŞ lideri D.Trampın, sorosçu Paşinyan rejiminin çöküşünü səbirsizliklə gözləyən Rusiya prezidenti V.Putinin mövqeyi də ki, çoxdan məlum.
Yeri gəlmişkən, təcavüzkar ölkənin XİN başçısı Zoqrab Mnatsakanyan dünən yenidən Moskvaya yollanıb. Bu qısa zamanda onun Rusiyaya Allah bilir, neçənci səfəridir.  Lakin yaranmış və sürətlə daşlaşmaqda olan reallıqlar fonunda belə ziyarətlər nəyi dəyişəcək ki? Olsa-olsa, o, Rusiyadan öz təyyarəsi ilə növbəti partiya “qaçaqmal silahı” gətirməyə ümid edə bilər, nəinki Kremlin hərbi dəstəyinə ümid bəsləyə.
Mnatsakanyan özü ilə Moskvadan Yerevana silah gətirir | Baki-baku.az
Təsadüfi deyil ki, Ermənistan mediası Putin başda olmaqla, irili-xırdalı bütün “müttəfiqləri”in hamısını suçlu çıxararaq söyməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron belə, satqın elan edilib. Erməni KİV-i yazıb ki, Makron quru sözdən uzağa gedə, Azərbaycanı durdura, “Bakının Dağlıq Qarabağa qarşı təcavüzünü” dayandıra bilməyib. Düşmən ölkədə habelə faktiki son həftələrini (bəlkə də günlərini) yaşayan Dağlıq Qarabağdakı oyuncaq rejimin heç bir dövlət tərəfindən tanınmamasından dolayı dərin məyusluq yaşanmadadır.

***** 
İrəvanın Dağlıq Qarabağla bağlı diplomatik səylərinin beləcə, ard-arda iflas olması sözsüz ki, həm də erməni lobbisinin gücünün şişirdilməsi ilə bağlıdır. Bəlli oldu ki, dünyadakı zəngin və köklü erməni diasporu deyildiyi qədər “hər şeyə qadir” güc deyilmiş. Odur ki, indi ümidləri yalnız porno-ulduz Kim Kardişyan kimilərə qalıb.
Başqa yandan, rəsmi Bakının, öncəliklə Prezident İlham Əliyevin müharibə ilə bağlı apardığı uğurlu diplomatik hazırlıqlar, bu yöndə işlərin indi də effektli şəkildə davam eləməsi, həmçinin rəsmi Ankaranın beynəlxalq miqyasda bizə verdiyi və davam edən diplomatik-təbliğati dəstək və Azərbaycan və Türkiyə lobbilərinin sinxron fəaliyyətinin rolu da qeyd olunmalıdır.    
Beləcə, həm savaş meydanında, həm də diplomatik alanda sarsıdıcı, öldürücü çarpaz zərbələr yeyən düşmən ölkə artıq başını itirib və özündən savayı hamını günahkar hesab edir - hətta qatı ermənipərəst Makronu da. Bu başıpozuqluğun daha bir əlamətini cəbhədəki acınacaqlı durumla bağlı separatçılarla Ermənistan Müdafiə Nazirliyinin fərqli açıqlamalardan və Paşinyanın dünənki qatı düşmənləri - “Qarabağ klanı”nın odioz simaları ilə, daşnaklarla gizli görüşlər keçirməsindən görmək olar. Bu kimi gəlişmələr həm də düşmən ölkənin xaosa doğru getdiyinin əlamətləridir. Rəşadətli Ordumuzun daha bir sarsıdıcı həmləsindən sonra xaos yüzdə yüz qaçılmaz olacaq.
*****
Qarabağ ərafındakı mövcud əlverişli geosiyasi vəziyyət və işğalçı ölkədəki panik durum əlbəttə ki, Azərbaycana imkan verir ki, rahat şəkildə Vətən müharibəsini davam etdirib qısa zamanda aranlı-dağlı Qarabağ da daxil, bütün ərazilərimizi işğaldan azad eləsin. Düşmən tərəfin tək ümidi isə yenə separatçı rejimin hansısa ciddi dövlət və ya qurum tərəfindən dövlət kimi tanınmasınadır.
BM Genel Merkezi koronavirüs nedeniyle ziyaretçilere kapatıldı
Sual yaranır: hansı dövlət, hansı qurum? Ərazi bütövlüyümüzü dəstəkləyən və bunu öz sənədlərində əks etdirən Avropa Şurası, Avropa Parlamenti, BMT, ATƏT, Qoşulmamaq Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatımı? Yoxsa hər saxta seçkidən sonra qondarma qurumu tanımadığını bəyan edən Rusiya, ABŞ, Fransa? Digər yandan, bir ovuc erməninin dünyada neçə dövləti olmalıdır ki? 
Bu xüsusda hətta ermənipərəst rusiyalı politoloq-tarixçi Stanislav Tarasov da haqlıdır deyəndə ki, Ermənistanın özü tanınma qərarı vermədiyi halda, digər dövlətlərə “dqr”i tanımaqla bağlı çağırış etməsi - məsuliyyəti onların üzərinə qoymaq cəhdidir. Söz düşmüşkən, Prezident İlham Əliyev son müsahibələrində xüsusi qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağı tanıyan istənilən ölkə ilə bir saat keçməmiş bütün əlaqələri kəsəcək. Hansı nornal dövlət və onun rəhbəri ağrımayan başına dəsmal bağlayar?
Prezident İlham Əliyev və Nikol Paşinyan arasında görüş olub
“Ermənistanın tanınma qərarı verməsi situasiyanı tam dəyişəcək. İrəvan buna getsə, o zaman Azərbaycanla de-yure müharibəyə girmiş olacaq - hansı ki, Dağlıq Qarabağı özününkü sayır. O halda konflikt böyüyəcək. Bununla belə, döyüş əməliyyatları davam etdikcə gələcək diplomatik manevrlərdən danışmaq qabaqdangəlmişlik olardı”. Bunu da Tarasov deyib.
*****
Rusiyalı filosof-politoloq Andrey İvanov isə hesab edir ki, Ermənistan, erməni toplumu Rusiyadan, KTMT-dən Azərbaycana zərbə endirilməsini tələb eləməklə ən əvvəl sağlam məntiqi ələ salır. 
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza” portalına deyib.
“Erməni siyasətçilər, onların müxtəlif politoloqları və publisistləri davamlı şəkildə KTMT üzvlərinin öz orduları ilə birgə mütləq Qarabağ münaqişəsinə müdaxilə etməli və Azərbaycana var gücü ilə zərbə vurmalı olduqlarını söyləyirlər. Sən demə, müttəfiqlər az qala məhv olmaq təhlükəsi ilə üzləşmiş qardaş erməni xalqının taleyinə biganə qalmamalı imişlər. Yəni ki, təşkilat üzvləri minillik tarixi olan kiçik, lakin qürurlu bir ölkəyə Bakının timsalında dəhşətli bir düşmənin daim necə hücum etdiyini necə sakitcə seyr edə bilər?”, - deyə o, ironik şəkildə qeyd edib.
Onun sözlərinə görə, bu dəlillərin heç biri adi tənqidə belə dözümsüzdür: “Çünki heç kim, heç vaxt beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində Ermənistanın suveren ərazilərinə təcavüz etməyib. Tam əksinə, təkcə Dağlıq Qarabağı deyil, onun ətrafındakı yeddi rayonu - ümumilikdə Azərbaycan ərazilərinin 1/5-ni işğal altında saxlayan məhz erməni qoşunlarıdır. Silahlı qarşıdurma Azərbaycan ərazisindədir. Məhz onun torpağı işğal altındadır və başqa bir dövlət onun ərazisinə iddia edir. Və bu gün Azərbaycan Ordusu öz ərazisində hansısa qeyri-müəyyən birləşmələrlə deyil, məhz Ermənistanın hərbçiləri ilə vuruşur”.
Sözünə davam edən politoloq bildirib: “Bundan əlavə, erməni isteblişmentində heç kəsin ağlına belə bir bəsit fikir gəlmir ki, Cənubi Qafqazda müharibə heç kimə lazım deyil. Belarus, Qazaxıstan, Qırğızıstan və ya Tacikistan əsgərlərinin çar Tiqranın dövründən iddia edilən mifik ”Böyük Ermənistan"ı bərpa etmək uğrunda evlərindən uzaqda mübarizə aparacaqlarını təsəvvürə gətirmək mümkün deyil. Həmçinin Moskvanın Türkiyə, İran və başqa ölkələrin labüd olaraq qarışacağı bir müharibə istədiyini təsəvvür etmək də mümkünsüzdür. Nəhayət, Ermənistan istisna olmaqla, bütün KTMT üzvlərinin Azərbaycanla isti və mehriban münasibətlərdə olması unudula bilməz. Üstəlik, bunun qayəsində hansısa boş ritorika yox, konkret ortaq iqtisadi layihələr dayanır. Bakı İrəvandan fərqli olaraq, öz suverenliyi ilə alver eləmir və Qərbə doğru gedəcəyi ilə bağlı manipulyasiya eləmir".
Əlavə edək ki, bu, təkcə hansısa rusiyalı politoloqun yox, ümumən Rusiya rəhbərliyinin mövqeyidir. Odur ki, İrəvan nə qədər gerçəklə tez barışıb kapitulyasiyanı qəbul eləsə, bir o qədər öz xalqına yaxşılıq eləmiş olar... 
Analitik xidmət,
“Yeni Müsavat”
 
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar