Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Krım separatçılarının “generalı” Qarabağda: Ərdoğanı təhdid edən Samveli döyüş bölgəsinə kim və niyə göndərib?

27-10-2020, 22:14   


Krım separatçılarının “generalı” Qarabağda: Ərdoğanı təhdid edən Samveli döyüş bölgəsinə kim və niyə göndərib?- BİZİM ARAŞDIRMA

Krımın Rusiyanın işğalı altında olan ərazisindən bir qrup separatçı Dağlıq Qarabağa gəlib.
Cebhe.info-nun məlumatına görə, Krım Könüllüləri İttifaqı adlanan təşkilatın nümayəndəsi Armen Martoyan Dağlıq Qarabağa humanitar missiya ilə gəldiyini deyib. O, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyanla görüşüb. Lakin görüşdən çəkilən fotoşəkildə Martoyanın Rusiya ordusuna məxsus hərbi uniformada olması bu səfərin heç də humanitar məqsədlə deyil, döyüşlərdə ermənilərə dəstək vermək üçün həyata keçirildiyini göstərir.
Digər faktlar isə Armen Martoyanın Ukraynanın işğal olunmuş ərazilərindən Dağlıq Qarabağa Rusiya dövləti tərəfindən göndərildiyini təsdiq edir. Belə ki, Krım Könüllüləri İttifaqı əslində Rusiya Könüllüləri İttifaqının filialıdır. İctimai təşkilat kimi qeydiyyatdan keçən bu qurumun Rusiyada 77 nümayəndəliyi fəaliyyət göstərir.
Amma görünür, “könüllülər” münaqişə bölgələrində zərər çəkmiş insanlara humanitar yardım göstərmir, həm də başqa “missiya” yerinə yetirirlər. Rusiya Donbasda da separatçılardan ibarət Donbas Könüllüləri İttifaqı yaradıb. Təşkilatın üzvü Armen Martoyanın hərbi uniformada Qarabağda peyda olması onun Azərbaycana qarşı döyüşmək üçün bölgəyə Rusiya tərəfindən göndərildiyinə şübhə yeri qoymur.

Cebhe.info-nun araşdırması göstərib ki, Krım Könüllüləri İttifaqının rəhbəri Feodosiya şəhərində yaşayan Aslan Lepiyevdir. Maraqlıdır ki, bu təşkilatın nümayəndədləri yalnız separatçı münaqişələr olan yerlərdə peyda olurlar. Armen Martoyan isə Ermənistan, Ukrayna və Rusiya silahlı qüvvələrinin tərkibində xidmət edib. General-mayor rütbəsinə qədər yüksələn Martoyan 2014-cü ildə “Krım baharı” adlandırılan separatçılıq hərəkatının fəallarından biri olub.
Yaxın çevrəsində “Samvel” ləqəbi ilə çağırılan A.Martoyan Rusiyanın Krımı işğal etməsində hərbçi kimi fəal iştirak edib və Ukrayna ordusuna qarşı döyüşüb. Krımın erməni icmasının tanınmış nümayəndələrindən olan Martoyan 2014-cü ildə “xalq qoşunu” adlanan cinayətkar hərbi dəstələrin fəaliyyətində iştirak edib. O, yarımadanın Rusiya tərəfindən ilhaqında mühüm rol oynayıb. 2014-cü il fevralın 23-də referenduma qarşı çıxan Krım Tatar Xalq Məclisinin tərəfdarları ilə Mixail Şeremetin rəhbərliyi altındakı on bölükdən ibarət yaraqlılar arasında toqquşma baş verib. Özünü Krımın “faşist vəbasından müdafiəçisi” adlandıran Armen Martoyan 4-cü alayın 1-ci bölüyünün komandiri təyin edilib.
Fevralın 27-də isə Sergey Aksyonovun təlimatı ilə Martoyanın rəhbərlik etdiyi bölük Simferopol beynəlxalq hava limanına basqın edərək ukraynalı hərbçiləri oradan qovub. Martoyan bundan sonra Kremlin xüsusi agenti kimi tanınıb. Lakin babasının ona verdiyi Samvel adı üstündə qalıb. Martoyanın sayəsində "Krım Erməni Cəmiyyəti”nin rəhbərliyi qondarma referendumu açıq şəkildə dəstəkləyib. Bu xidmətlərinə görə onu Krımdakı separatçı rejimin qondarma parlamentinin deputatı seçiblər. Martoyanın Ukrayna xalq deputatı Oleq Lyaşko, Odessa millət vəkili Aleksey Qonçarenko, Kiyev iş adamı Gennadi Balaşov, jurnalist Osman Paşayevə qarşı açıq zorakılıq və güc tətbiqi ilə əlaqədar məlumatlar mediada geniş yer alıb.
Həmçinin, Samvel Ukrayna jurnalistləri tərəfindən Martoyanın biznesinin qeydiyyata alındığı Beloqorsk bölgəsindəki magistral yolun yaxınlığında ölü tapılan Krım tatarlarının fəalı Rəşat Ametovun dindirilmələrində və döyülməsində iştirak etməkdə günahlandırılır. Armen Martoyan yalnız Krımda deyil, həmçinin Donetskdə separatçılara silahlı yardım göstərib və bölgələrin işğalında göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb. 2015-ci ildə, Türk Hava Qüvvələri Suriyada Rusiya təyyarəsini məhv etdikdən sonra Martoyan Simferopolda Prezident Rəcəb Tayyib Ərdoğanın müqəvvasının yandırıldığı mitinqdə Türkiyə rəhbərliyini təhdid edib. O, özünün videobloqunda Ermənistanın baş naziri Nikol Paşinyana "anti-Rusiya" hərəkətlərinə görə etirazını bildirib.
3 oktyabr 2017-ci il tarixində Ukrayna Krım Muxtar Respublikası və Sevastopol şəhərindəki Ukrayna Milli Polis Baş İdarəsi Martoyanın bədən xəsarəti yetirmək və Ukrayna vətəndaşlarını qaçırmaqda şübhəli bilərək ekstradisiyasına nail olmaq üçün İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verib. 11 iyun 2018-ci ildə Krım Muxtar Respublikasının prokurorluğu deputat Qonçarenkoya bədən xəsarəti yetirməkdə, həmçinin “Maydan” fəalları Andrey Şekunun və Anatoli Kovalskinin 9 mart 2014-cü il tarixdə Simferopol dəmir yolu stansiyasında qaçırılması, tutulması ilə bağlı Martoyana ittiham irəli sürüb.
Bundan başqa, Martoyan Balaşovun qaçırılmasında və işgəncə verilməsində, Paşayevin qaçırılmasında, "Krımın Özünümüdafiəsi" qanunsuz silahlı birləşməsinin yaradılmasında və rəhbərliyində, ümumilikdə Ukrayna Cinayət Məcəlləsinin 15 ilə qədər həbs cəzası nəzərdə tutan müxtəlif maddələri ilə 6 cinayətdə ittiham olunur. Lakin sonradan Martoyanın adı Rusiya rəsmilərinin səyləri nəticəsində axtarılanlar siyahısından çıxarılıb. Armen Martoyan Rusiya xüsusi xidmət orqanlarının yüksək rütbəli casusu olmaqla yanaşı, həm də prezident Putinin liderlik etdiyi hakim Vahid Rusiya Partiyasının Krım təşkilatından qondarma rejimin deputatı seçilib. Bu isə onun Dağlıq Qarabağa təsadüfən deyil, xüsusi tapşırıqla gəldiyini göstərir.
Müşfiq Abdulla
Cebhe.info
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar