Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

BİRGƏYAŞAMA:QARABAĞDAKI ERMƏNİLƏR BUNA LAYİQDİRLƏRMİ? – Və ya Qarabağda cinayətkar olmayan erməni qalıbmı?

4-11-2020, 10:35   


Qarabağdakı həm gənc, həm də artıq yaşlanmış ermənilərin 1988-ci ildən bu yana törədilən cinayətlərdə əli var

Qarabağ münaqişəsinin həllilə bağlı istər vasitəçilərin, istər müxtəlif beynəlxalq qurumların və ekspertlərin təkliflərində, istərsə də ölkə başçısının xarici media orqanlarına müsahibələrində gələcəkdə azərbaycanlılarla ermənilərin birgə yaşamalarına dair fikir əsas yerlərdən birini tutur. 
Bu zaman dünya tarixində bir-birilə uzun illər müharibə aparan xalqların bir müddət sonra normal qonşuluq münasibətləri qurduqları, hətta sərhədləri aradan qaldırdıqları qeyd olunur.
Həmçinin, azərbaycanlılarla ermənilərin Rusiyada, Gürcüstanda və digər bəzi ölkələrdə eyni ərazidə, bölgədə normal şəkildə birgə yaşadıqlarına dair nümunələrin oduğu bildirilir.
Təbii ki, bütün bu arqumentlər kifayət qədər inandırıcıdır və tarixi reallığa əsaslanır. Lakin tarixdə hərbi cinayətkarların, terror, qətliam törədənlərin, etnik təmizləmədə, dövlətə qarşı silahlı üsyanda, müqavimətdəəli olanların beynəlxalq məhkəmə, yaxud ayrı-ayrı dövlətlərin ədalət mühakiməsi qarşısında cavab vermələrinə, layiqli cəzalarını almalarına dair də çoxlu sayda nümunələr var.

Sual yaranır - birgəyaşama prinsipi və ermənilərin Qarabağda yaşaması haqqı tanınaraq, cinayətkar “Qarabağ klanı”nın aparıcı simaları, bölgədə separatizmin və terrorun toxumunu səpənlər, Xocalı soyqırımında birbaşa əli və iştirakı olan uşaq qatilləri Serj Sarqsyan və Robert Köçəryan kimi canilərin ölkəmizin sərhədləri çərçivəsində yaşaması nə dərəcədə mümkündür? Hansı dövlət buna razı olar?
Artıq Dağlıq Qarabağın kişi cinsindən sayılan erməni əhalisi demək olar bütünlüklə Azərbaycan dövlətinə qarşı silahlı müqavimət göstərib, qanunsuz hərbi birləşmələrdə iştirak edib, Azərbaycan əsgərini, zabitini qətlə yetirib, yaralayıb, mülki əhalinin yaşadığı şəhərlərimizi bombardman edib, uşaqların, qadınların, ahılların ölümünə səbəb olub,


Azərbaycanın işğal altında olan torpaqlarındakı təbii sərvətlərinin talan edilməsində, tarixi-mədəni abidələrinin dağıdılmasında, dini ocaqlarımızın təhqir edilməsində iştirak ediblər. Bir sözlə, bu şəxslərin Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlərinin sayı-hesabı yoxdur. 
Özü də bunlar, təkcə hazırda davam edən müharibə çərçivəsində baş verən deyil, 1988-ci ildən bu yana törədilən cinayətlərdir və bu əməllərdə Qarabağdakı həm gənc, həm də artıq yaşlanmış ermənilərin əli var.

Yaxşı, hipotetik olaraq, bu şəxslərin Azərbaycan vətəndaşlığını qəbul etmələrini və bizimlə eyni hüquqlara malik olmalarını təsəvvür edək.
Belədə, onların həmin cinayətlərinə layiqli hüquqi qiymət verilmədən, onlar öz əməllərinə görə məhkəmə qarşısında durmadan, layiqli cəzalarını almadan bu ünsürlərlə necə birgə yaşamaq olar?  Olmaz, əlbəttə...


Bir çoxları indiyə qədər prokurorluq orqanlarımızın ermənilərə qarşı ayrı-ayrı hərbi cinayətlərinə görə cinayət işləri qaldırmalarına skeptik yanaşırlar. Lakin əslində, bu cür cinayət işləri kütləvi şəkildə qaldırılmalı və Azərbaycana qarşı döyüşən hər bir erməniyə aid edilməlidir ki, bu gün qanunsuz hərbi birləşmələrə qoşulan istənilən erməni onu Azərbaycanda hansı cəzanın gözlədiyini anlasın və Qarabağı birdəfəlik unutsun!
Lazım olsa, hətta dövlət səviyyəsində Qarabağda yaşayan və döyüşən ermənilərə müraciət edilməli, onları Azərbaycan qanunları çərçivəsində hansı cəzanın gözlədiyi elan olunmalıdır. Çünki belədə bu gün Qarabağda hərbi cinayətlər törətməkdə davam edən hər bir erməni müharibə bitəndən və Azərbaycan qələbə çalandan sonra Qarabağa, Azərbaycana ayaq basmağı belə ağlına gətirməyəcək. Hələ ki, silaha əl atmayanlar isə bunu etməzdən əvvəl bəlkə də yaxşı-yaxşı düşünməli olacaqlar.
Ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətlərin tərkibində ölkəmizə vurulan külli miqdarda maddi ziyan, talançılıq da var. Müxtəlif mənbələrə görə, ermənilərin daş üstə daş qoymadıqları hər bir rayonumuza vurduqları zərər 10 milyardlarla dollarla hesablanır.

Təsəvvür edin ki, eyni talançılıq Ermənistan ərazisində hansısa başqa ölkə tərəfindən törədilsəydi, ermənilər onu çoxdan beynəlxalq məhkəmələrə vermiş və külli miqdarda təzminat qərarları çıxartdırmışdılar. Nədən Azərbaycan bunu etməsin?
Axı, hər şey göz qabağındadır, işğal olunan ərazilər təmizləndikcə burada törədilən vəhşiliyin, talançılığın, quldurluğun miqyası açıq–aydın görünür və ölkə başçısı da bu mənzərəni “Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb” deyə ifadə etmişdi.
Belə olan halda, Ermənistana qarşı külli miqdarda təzminat davası açılmalı və bütün dünyanın şahidi olduğu faktiki durum, sübutlar ortaya qoyulmalıdır.
Doğrudur, dilənçi vəələbaxım Ermənistan bu vəsaitləri ödəmək iqtidarında deyil və yəqin ki, heç zaman da olmayacaq. Ancaq qoy bu borc boyunduruğu hər zaman onun üzərində olsun və müxtəlif vasitələrlə bu vəsait Ermənistandan tutulsun- “donuzdan bir tük də qənimətdir”. Ya da bu borcun əvəzində Ermənistandan torpaq tələb edilsin.
Bir sözlə, Ermənistan və qondarma rejim indiyə qədər törətdiyi cinayətlərə görə artıqlaması ilə cavab verməlidir. Və yəqin ki, Azərbaycan rəhbərliyi müharibədən sonra əli qana batmış, ölkəmizə, xalqımıza qarşı silah qaldırmış, torpaqlarımızı, təbii sərvətlərimizi talamış canilərin bağışlanmasına qətiyyən razı olmayacaq və belələrinin “birgəyaşama haqqını” tanımayacaq.
Ya da onlara yalnız qanunun tələb etdiyi cəza verildikdən və bu cəzanı çəkdikdən sonra Qarabağda yaşamalarına imkan verilə bilər ki, bu şərtlərlə də hər hansı bir erməninin razılaşacağı inandırıcı görünmür. Deməli, belə görünür ki, yaxın gələcəkdə bizləri ermənisiz Qarabağ gözləyir...
C. Məmmədov
AzPolitika.info



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar