Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Qarabağ münaqişəsi ilə bağlı hadisələri Azərbaycandan işıqlandırarkən məni ən çox təəccübləndirən..." AMERİKALI JURNALİST YAZIR

5-11-2020, 14:02   


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri Azərbaycandan işıqlandırarkən məni ən çox təəccübləndirən insanların qətlə yetirilməsinə və dağıntılara baxmayaraq, əhali arasında müharibəyə davamlı dəstəyin olması idi.
Bunu ABŞ-ın “VICE News” kanalının jurnalisti Hind Hassan “Instagram” səhifəsində yazıb.

Jurnalist insanların hətta öz övladlarını dəfn etdikləri zaman belə hərbi əməliyyatların dayandırılmasını istəmədiklərinin şahidi olduqlarını yazıb. Onun sözlərinə görə, insanlar 27 ildir aparılan diplomatik danışıqların nəticəsiz qaldığını, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdan və onu əhatə edən rayonlardan didərgin düşmüş 700 mindən çox azərbaycanlının öz ata-baba yurdlarına geri qayıtmalı olduqlarını bildirirlər.

Jurnalist Ermənistanın Gəncəyə raket hücumu zamanı həlak olmuş 10 aylıq Narının atası Timur Xaliqovun körpəsinin paltarını əlində saxladığı fotonu paylaşıb. Həmçinin o, Gəncə ilə yanaşı, Tərtər şəhərinə də raket zərbələri nəticəsində dağılmış evlərin, qətlə yetirilmiş insanların yaxınlarının şəkillərini paylaşıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar