Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyanın baş çekistinin Qarabağla bağlı açıqlamaları nəyə xidmət edir? – ŞƏRH

20-11-2020, 14:22   


Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ-a qarşı şok Qarabağ ittiham irəli sürüb.
Sergey Narışkin deyib ki, ABŞ və müttəfiqləri Ermənistandakı millətçiləri qəsdən təhrik edir ki, tərəflərin Dağlıq Qarabağla bağlı 9 noyabr razılaşmasını pozsunlar.
Narışkin iddia edib ki, Vaşinqton hazırda erməni və Azərbaycan xalqları arasında nifaq salmağa çalışır:
“Onlar erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar. ”Sona qədər müharibə” zəruriliyi fikrini ortaya atırlar, azərbaycanlılara isə deyilir ki, Azərbaycan Ordusu Xankəndini götürməyə bir addım qalanda Kreml onların “qələbəsini oğurlayıb”.
Narışkinin açıqlamalarını şərh edən politoloq Nəzakət Məmmədova hesab edir ki, Rusiya bununla ABŞ və Fransaya cavab verməyə çalışıb:
“Rusiya ABŞ-da Baydenin prezident seçilməsi ilə növbəti 4 ildə daha da gərgin münasibətlər dövrünə qədəm qoyur. Bayden Adminstrasiyasının üzərində baş sındırmahlı olduğu problemlər sırasında Qarabağ problemi də olacaq. ABŞ Fransa ilə birlikdə Minsk formatına qayıtmağı istəyir, bu, onlara Qarabağ məsələsini bəhanə etməklə Cənubi Qafqazda olmaq imkanı verirdi, lakin Rusiya sülhməramlı göndərməklə faktiki ABŞ və Fransanı prosesdən kənara atdı, tərəfdaş olaraq Türkiyəni seçdi. Baydenin növbəti prezidentlik müddəti 4 il sonra başa çatacaq. Onun ikinci dəfə seçilməsi isə sırf yaş baxımdan mümkün deyil, həmin vaxt o, 81 yaşında olacaq və ikinci dönəmə iddiası absurd olardı. Rusiyanın sülhməramlı qüvvələrinin müddəti isə 5 il sonra başa çatacaq və beləliklə, Rusiya ABŞ ilə razılaşmalı olmayacaq, həmin vaxt ABŞ növbəti prezident seçkilərinə başı qarışacaq. Narışkinin açıqlaması Rusiyanın da Minsk qrupundakı iki həmsədrlə Qarabağla bağlı yollarını ayırdığını göstərir. Parisdə olan Pompeo Fransa XİN rəhbəri Jan İv Le Driyanla görüşüb və Qarabağ məsələsindən danışıblar, sonra isə Rusiyadan hesabat tələb ediblər ki, o, nə üçün özbaşına bölgəyə sülhməramlı yeridib. Narışkinin açıqlaması Pompeo və Le-Driyanın Rusiyadan hesabat istəmələrinə cavab hesab oluna bilər”.    /aztoday.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar