Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənilərin Bayden ümidi və Qarabağ: Güney Qafqaz uğrunda yeni oyun başlayır

22-01-2021, 09:16   



Azərbaycan və Türkiyə həmişəki kimi, hadisələrin episentrində olacaq; “erməni kartı” ənənəvi rolunu davam etdirə biləcəkmi; əcnəbi təhlilçilər deyir ki...

Azərbaycan öz hərbi gücünə görə dünyanın 138 ölkəsi arasında yenə 64-cü yerdə qərarlaşıb. Xəbər verildiyi kimi, “Global Firepower” təşkilatının 2020-ci il üzrə hesabatında belə deyilir. Başqa sözlə, reytinqə əsasən, Azərbaycan Ordusu qüdrətinə görə Cənubi Qafqazda yenə birinci, ən güclüdür. Qonşu Gürcüstan siyahıda 92, Ermənistan isə 100-cü yerdədir. Hərçənd 44 günlük müharibədən sonra Ermənistanda ordu adına elə bir şey də qalmayıb.  
Heç şübhəsiz, Azərbaycan və Ermənistan arasında bu göstərici üzrə fərq həmişə böyük olaraq qalacaq. Eyni zamanda, ilbəil daha da böyüyəcək. Hesabatdan da göründüyü kimi, çünki Azərbaycanın iqtisadi-maliyyə, demoqrafik-insani potensialı, logistik imkanları və təbii enerji qaynaqlarına malik olması qonşu ölkəyə bizimlə hərb dildə danışmağa şans saxlamır.
O səbəbə Ermənistanda nəhayət, iqtidarlı-müxalifətli hamı anlamalıdır ki, revanş hədələri ilə Bakını qorxutmaq mümkün deyil, olmayacaq və ən yaxşısı - dialoq yoludur, iqtisadi inteqrasiya yoludur. Yalnız o halda bu kasıb ölkə öz yoxsul əhalisinin boğazından kəsib orduya yönəldəcəyi vəsaiti iqtisadi-sosial problemlərin həllinə yönəldə bilər.
*****
Əfsus ki, erməni toplumu bu dərkdən hələ ki uzaqdır. Bəzi istisnalarla. Sanki 3 ay öncə II Qarabağ savaşında ağır hərbi məğlubiyyətə uğrayan və müharibəni dayandırmaq üçün yalvaran Ermənistan tərəfi deyilmiş. Amma erməni rəsmiləri də, müxalifət də müharibə öncəsi köhnə havadan çıxa bilmirlər.
ARMENIAN PRESIDENT APPOINTS ARA AYVAZYAN AS FOREIGN MINISTER
Ara Ayvazyan
Məsələn, Ermənistanın təxribatçı xarici işlər naziri Ara Ayvazyan yanvarın 20-də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin İrəvandakı səfirləri ilə görüşdə növbəti dəfə sərsəm iddialar səsləndirib. Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin davam etdirilməsinin zəruriliyini vurğulayan Ayvazyan bu kontekstdə üzdəniraq “artsax” xalqının öz müqəddəratını təyin etməsi və təhlükəsizlik hüquqları da daxil olmaqla, nizamlamanın təməl prinsiplərinin tam həcmdə tətbiqinin vacibliyini" dilə gətirib.
Bundan bir gün qabaq isə o, Şuşanın Türk dünyasının mədəniyyət mərkəzi elan oluna biləcəyi ilə bağlı xəbərə özünə xas həyasızlıqla belə reaksiya vermişdi: “Şuşi (Şuşa - red.) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin (Şuşanın -red) türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq”.
Bu düşüncədə olan erməni tək o deyil. Onlara hələ də çatmayıb ki, nəinki Şuşa, bütövlükdə Dağlıq Qarabağ adlandırılan coğrafi ərazi və oradakı bütün yaşayış məntəqələri də Azərbaycana məxsusdur, böyük Türk yurdunun ayrılmaz parçasıdır və belə də qalacaq.
Bununla belə, erməni tərəfdə ağır da olsa, gerçəyin dərki prosesi gedir. Özü də deyəsən Ermənistan siyasətində və hökumətində az-çox ağlı başında olan elə baş nazir Nikol Paşinyandır. Belə ki, baş nazir srağagün parlamentdə etdiyi çıxışda deyib: “Əhalisinin 90% -dən çoxunun azərbaycanlı olduğu Şuşinin (Şuşa - red.) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?”
*****
Şübhə yox ki, Ara Ayvazyan kimilərin Qarabağla bağlı radikal notları həm də ABŞ-dakı prezident dəyişikliyi ilə birbaşa bağlıdır. Ermənilər, xüsusən də Amerika erməni lobbisi zaman-zaman erməni diasporun ilə yaxın əlaqələri ilə tanınmış prezident Baydenə böyük ümid bəslədiklərini gizlətmirlər. Onlar Ağ Evin təzə sahibinin Azərbaycana və Türkiyəyə təzyiqlər yolu ilə 44 günlük müharibənin nəticələrini öz xeyirlərinə dəyişə biləcəklərini xəyal edirlər.
Erməni diasporu dünəndən bugünə - ARAŞDIRMA
Yeri gəlmişkən, Amerika Erməniləri Milli Komitəsi (ANCA) dünən Baydenə təbrik mesajı yazaraq, onu Türkiyə və Azərbaycana sanksiya tətbiq etməyə çağırıb. Bu barədə bədnam komitə özünün Twitter hesabında məlumat yayıb (Axar.az).
“Qanunla ABŞ ordusunun və təhlükəsizlik qüvvələrinin Azərbaycan və Türkiyəyə dəstəyi kəsilməli, hər iki ölkənin yeni silah idxalı ilə bağlı lisenziyası ləğv edilməlidir. Bakı və Ankaraya Dağlıq Qarabağda insan hüquqları pozuntularına görə sanksiya tətbiq olunmalıdır” - məlumatda bildirilir.
Bunu da qeyd edək ki, artıq Co Bayden erməni əslili iki amerikalını Ağ Ev administrasiyasında mühüm vəzifəyə təyin edib. Bəs bölgəmizlə bağlı real gözləntilər nədir?
Türkiye pilotumuzun katillerini cezalandırmalı' - Sputnik Türkiye
Rusiyadakı Xarici Siyasi Tədqiqatları və Təşəbbüslər İnstitutunun baş direktoru, Rusiya Federasiyası İctimai Palatasının üzvü Veronika Kraşennikova ehtimal edir ki, Bayden komandasının ABŞ-da hakimiyyətə gəlməsi ilə Cənubi Qafqazda yeni böyük bir oyun başlaya bilər.
“Yeni Müsavat”ın məlumatlına görə, bu haqda o, “Vestnik Kavkaza” portalına açıqlamasında deyib.
Təhlilçinin sözlərinə görə, bu oyunda Dağlıq Qarabağ ətrafında müharibədən sonrakı vəziyyət təsir sferalarının yenidən bölüşdürülməsi üçün bəhanə rolunda istifadə olacaq. Ancaq necə?
“Burada ən mühüm rolu bütün proseslərin təşəbbüskarı olan Türkiyə oynayır. Həm Cənubi Qafqazda, həm də Avropada indi ABŞ-ın yeni seçilmiş prezidenti Baydenin administrasiyasının Türkiyə ilə bağlı mövqeyinin necə olacağını çox gözləyirlər. Vaşinqtonun isə NATO-da yeganə Asiya derjavası olan, ABŞ-dan sonra ən böyük orduya malik Türkiyəyə çox ehtiyacı var”, - deyə ekspert vurğulayıb və əlavə edib ki, Amerika rəhbərliyi Cənubi Qafqazla əlaqəli məsələlərdə aktiv şəkildə manevr etməli olacaq.
Cənubi Qafqaz loqistik mərkəz olaraq dünyanın diqqət mərkəzində olacaq” -  Muxin | KONKRET
Digər rusiyalı analitik, Siyasi Məlumat Mərkəzinin direktoru Aleksey Muxin də onunla eyni fikirdədir.
“Ümumiyyətlə, hazırda qaynaqlar uğrunda, satış bazarları və logistika uğrunda çox fəal mübarizə gedir. Cənubi Qafqaz bu mübarizədəki xablardan biridir. Aydındır ki, əsas hadisələr Avropada və Asiyada, ən böyük satış bazarları ətrafında yaşanır. Güney Qafqaz isə bütün dünya oyunçularının diqqət mərkəzində sırf logistik mərkəz kimi olacaq”, - deyə o qeyd edib.
*****
Göründüyü kimi, ABŞ üçün Qafqazda “erməni məsələsi” heç də öncül yerlərdə görünmür. Ağ Evin yeni rəhbərliyi üçün regionla bağlı başqa, daha vacib işlər var və Türkiyə, Rusiyanın sadiq müttəfiqi Ermənistanla müqayisədə Vaşinqtondan ötrü qat-qat mühüm dəyərdədir.
İstənilən halda hələ də “göylə gedən” erməni siyasilərinə bir daha xatırlatmaq zərurəti var ki, Ermənistanın 10 noyabr kapitulyasiya sənədini imzalamasından sonra artıq Azərbaycan üçün nə Minsk Qrupunun üzdəniraq “təməl həll prinsipləri” mövcuddur, nə də ümumiyyətlə, Dağlıq Qarabağ konflikti. Rəsmi Bakı dəfələrlə bunu da birmənalı şəkildə bəyan edib ki, Dağlıq Qarabağda qalan bir ovuc erməniyə heç bir xüsusi status tanınmayacaq, oradakı ermənilər bizim vətəndaşlardır və çoxmillətli, çoxkonfesiyalı ölkəmizdə digər vətəndaşlar və millətlər kimi bərabər statusda yaşayacaqlar.
Kapitulyasiya sonrası bu reallığı Co Baydenin Ağ Evə gəlişi dəyişdirə bilməz. Birincisi, Azərbaycan və Türkiyə əsla 4-5 il əvvəlki dövlətlər deyil, qat-qat güclü, söz sahibi olan və bir-biri ilə yüksək dərəcədə siyasi-hərbi ittifaqda olan dövlətlərdir. İkincisi, Türkiyə artıq hərbi cəhətcə də bölgədədir. Üçüncüsü, Bakı və Ankara ABŞ üçün indi daha vacib tərəfdaş və etibarlı müttəfiq qismindədir. Ölkəmizin Avropa üçün ilbəil artan energetik önəmi, Türkiyəmizin qitə üçün güclənən tranzit əhəmiyyəti (xab gerçəyi) də öz yerində. Dördüncüsü isə Co Baydenin hədəf almağa hazırlaşdığı Rusiya da status və Minsk Qrupu mələsində Azərbaycan və Türkiyə ilə faktiki eyni mövqedə dayanır...
Analitik xidmət,
“Yeni Musavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar