Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Jirinovski qadın jurnalistləri təhqir etdiBU ADAM DƏLİDİR

18-04-2014, 16:01   
Jirinovski qadın jurnalistləri təhqir etdi
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski mətbuat nümayəndələrinin suallarına cavab verərkən ədəbsizlik nümayiş etdirib. ANS PRESS-in məlumatına görə, Jirinovski parlament müxbirlərinin suallarını cavablandırarkən qəfildən əsəbiləşib.
Xanım jurnalistlərdən biri Vladimir Jirinovskiyə "Rus kişisinin Ukraynaya girişinin qadağan olması ilə bağlı Rusiyanın Ukraynaya sanksiya tətbiq etməlidirmi" sualını verib. Bundan bərk əsəbiləşən Jirinovski jurnalist qadını təhqir etməyə başlayıb.
Bundan sonra Jirinovski partiyasından olan bir neçə kişini jurnalist qadınların üstünə itələyərək onları zorlamalarını istəyib. Qadın jurnalistləri söyüşlə təhqir edən Jirinovski sonda onların mətbuat konfransını tərk etmələrini tələb edib.

[media=http://www.youtube.com/watch?v=31qzlxwzAo4]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar