Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zakir Həsənov Türkiyəyə niyə gedir?

23-04-2014, 12:33   

Ölkə başçısı Ilham Əliyevin Irana baş tutan səfərinin ardınca aprelin 14-də müdafiə naziri Zakir Həsənov bu ölkəyə səfər etdi. Iranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə baş tutan səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılması və Iranin ali rəhbərliyilə bir sıra görüşün keçirilməsi planlaşdırılmışdı. Aprelin 1-də isə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl Azərbaycan Respublikasına rəsmi səfər etdi.

Gələn həftə isə Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedəcək. Mayın 24-25-də Ankarada səfərdə olacaq Z.Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Milli müdafiə naziri Ismət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, həmçinin bu ölkənin dövlət rəhbərliyi ilə görüşlər keçirəcək. Müdafiə naziri səfər çərçivəsində Türkiyə Aviasiya Sənayesi (TAI) və ASELSAN şirkətlərinə də baş çəkəcək.

Son günlər bu tipli səfərlərin intensivləşməsi təsadüfi görünmür. Bəzi ekspertlər hesab edir ki, Ukraynada baş verənlər, Rusiyanın aqressiv siyasəti, Azərbaycan hökumətini narahat edir və müəyyən təhlükələri neytrallaşdırmaq üçün qonşu ölkələrlə hərbi sahədə əməkdaşlığa üstünlük verilir. Belə ehtimal olunur ki, Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyünün lehinə səs verməsi Rusiyanı narazı salıb və Azərbaycan tərəfi bu narazılığın xoşagəlməz nəticələrindən sığortalanmaq istəyir.

Israilin baş naziri Libermanın Azərbaycana səfəri də Azərbaycanın təhlükəsizliyinə zəmanət verilməsinin mesajı kimi qiymətləndirilir. “Doktrina” rəhbəri Cəsur Sümərənli hesab edir ki, son günlər belə səfərlərin intensivləşməsi ümumi strateji xəttə heç bir təsir göstərmir: “Zakir Həsənovun təyinatından bir müddət keçib və bu müddət ərzində bir çox səfərlər edib. Bu daha çox tanışlıq xarakteri daşıyır və hər bir nazirin ilk addımlarından biridir. Ancaq regionda vəziyyətin gərginləşməsi, Azərbaycanın hərbi-siyasi strategiyasında da müəyyən dəyişikliklərin edilməsinə səbəb olur. Bu prosedə əsas fiqurlardan biri də Müdafiə naziridir. Xüsusilə Türkiyə ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da dərinləşdirilməsi perspektivi ortaya çıxıb. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı gözlənilən səviyyədə deyil. Tərəflər arasında müəyyən sazişlər olsa da, əməli fəaliyyət gözə çarpmır. Ona görə də səfərlərin intensivləşməsi əməkdaşlığı yüksəltməklə bağlıdır. Bundan öncəki Iran səfəri də müəyyən suallara cavab tapmaq xarakteri daşıyırdı. Azərbaycan ərazisindən Irana qarşı istifadə edilməsi kimi məsələlər daim müzakirə predmeti ola bilir. Ümumilikdə hərbi-siyasi səfərlərin intensivləşməsi, ümumi strateji xəttə xidmət etmir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar