Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda köhnə avtomobillərin taleyi necə olacaq?

23-04-2014, 14:22   
Azərbaycanda köhnə avtomobillərin taleyi necə olacaq?
Avro-2 ekoloji standartından birbaşa Avro-4 standartına (Avrо-3 standartına keçmədən) keçid istisnasız olaraq avtomobillərdən zərərli maddələrin atmosferə atılması tələblərinin sərtləşdirilməsi ilə bağlıdır. Bu barədə çərşənbə günü jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Sertifikatlaşdırma və Standartlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.
Onun sözlərinə görə, Avro-4 ekoloji standartının tələbləri Avro-3 ekoloji standartının tələblərindən təqribən 50 faiz sərtdir.S.Abdullayev həmçinin köhnə avtomobillərin utilizasiyası və onların sahiblərinə kompensasiyaların verilməsi məsələsinə də aydınlıq gətirərək bildirib ki, bu gün müvafiq dövlət proqramının hazırlanması məsələsinə baxılmır.Bununla yanaşı, onun sözlərinə görə, bu məsələyə gələcəkdə baxıla bilər.İnstitut rəhbəri deyib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 100-ə yaxın yeni standart hazırlayıb və onlar aprelin sonunadək dövlət qeydiyyatına təqdim ediləcəklər.Dövlət Komitəsi Sumqayıt Texnologiyalar Parkının Texniki Komitəsi ilə birlikdə dörd standart (naqillər və borular üzrə) hazırlayıb ki, onlar artıq dövlət standartı kimi qəbul edilib: "100 yeni standarta gəlincə, onlar bilavasitə neft emalı zavodunun tikintisi ilə bağlıdır və mayın sonunadək dövlət qeydiyyatına təqdim ediləcək".S.Abdullayev qeyd edib ki, ümumilikdə SMPDK 500-ə yaxın yeni standart hazırlamaq niyyətindədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar