Sizin Reklam Burada

Qələbənin iyi və dadı: onu “General...”lar “Zeytun”luqdan keçirib “Zığ yolu”ndan “Gəncə”yəcən qeyd edəcəklər!

17-01-2020, 08:15   



 

- 35 saylı Xətai üçüncü seçki dairəsindən reportaj əvəzi –

Əziz həmvətənlər, sevimli sayt oxucuları, sayğıdəyər fb izləyiciləri. Sizi Xətai rayonu ərazisindən Ümid Partiyasının sədri İqbal Ağazadənin seçki qərargahından salamlayıram. Bu dəqiqələrdən başlayaraq, bu ərazidəki seçicilərin nəzərinə çatdırılacaq ki, İqbal Ağazadə bir daha və yenidən sizinlədir.

Dəyərli soydaşlarım, sevindirici olan ən gözəl xəbər odur ki, bu dairədə rəqabət yoxdur: seçici və namizəd bəllidir!

40 min seçici İqbal Ağazadəni özünün deputatı bilib – dörd (üçü rəsmiləşib) dəfə, bilir və ayın 9-da da ölkə buna şahid olacaq!

İqbal Ağazadə təbliğat qruplarının rəhbərləri, seçicilərlə öz qərargahında seçkiöncəsi son hazırlıq iclasında dediyi kimi: "Hansı küçə, hansı qəsəbə, hansı məhəllə, hansı bina, hansı blok qaldı bu 15 ildə sizinlə çay içib nərd oynamadığım? Hansı dərdlərinizin Loğmanı olmadım? Sizin üçün evlərin ətrafında, yolların kənarında, parklarda istirahət etməyə, uşaqlarınızla gəzməyə, tədbirlər keçirməyə boş saxlatdırdığım yerləri dörd ilə satdılar! ÖLKƏDƏ İLK DƏFƏ OLARAQ, "Abad məhəllə” layihəsini həyata keçirtdim, mərasim - xeyir-şər evlərini açdım, bu gün dilə gətirdiyiniz və unutmadığınız üçün sağ olun, mənə mandatını verdiyiniz Milli Məclisdə nəinki sizi, ölkəni, xalqı təmsil etdim, dəyərləndirdiyiniz üçün sağ olun, həmişə yanınızda oldum, indi yenə mənimləsiniz, sağ olun! Əminəm ki, hər küçədə - İnqilab İsmayılovda, Naximovda, Mehmandarovda, Şıxlinskidə, Zeytunda, Zığ yolunda qalan izlərimlə qələbəyə birgə gedəcəyik!

Xüsusi ehtizazla nəzərinizə çatdırım: təbliğat vərəqələrində seçisicini, dairəsini, əqidəsini, dostlarını heç zaman dəyişməyən İqbal Ağazadənin ilk dəfə seçkiyə qatıldığı əlaqə nömrəsi yazılıb: həmin nömrə Xətai 35 saylı üçüncü seçki dairəsinin hər bir seçicisində 20 ildir ki, var!

Mən seçki qərargahındakı toplantını tərk edəndə beynimdə bir cümlə vardı: İqbal Ağazadə BİR DAHA VƏ YENİDƏN ona alternativ olmuş namizədləri generalların (Mehmandarov, Şıxlinski, Naximov) müşayiətiylə bir-bir qapılardan keçirərək ağızlarını "Zeytun”luğa salıb, "Zığ yolu”nda "azdıracaq”. Fəqət onda adayların anlaması gec olacaq: nə "Xətai” (rayon olaraq),  nə də "Xətai” (sərkərdə olaraq) hər gələn üçün qələbə yeri, qələbə ismi deyil! Xətainin öz qaydaları var, öz qalibləri var – məkan bəlli, qalib bəlli! Doğrudur, məğlubiyyətin legitimliyi ən sonda tanınır, dadı zəhər kimi olur, amma Qələbə əvvəl iyini yayır, sonra ləzzətini dadızdırır.
 

Əminik ki, bu xəbəri məndən eşitmək sizin üçün də xoşdur: adamlar bir-bir öz namizədliklərini təqdim etdikcə, əksər ünvanlarda nəzərə çatdırılıb: bizi bağışlayın, bizim namizədimiz var və onun adı İqbal Ağazadədir!

Bilirəm ki, sizin də ürəyinizcə olar eşitmək: "biz alternativ namizədlərin əleyhinə, onların təbliğat kampaniyasına qarşı heç bir önləyici addım atmayacağıq, bir tək qanun pozuntularından başqa!”

Necə deyərlər, kişinin qoluna da qandalı gərək kişi vursun! Sözsüz ki, vicdanlı "rəqiblər”in özlərinin də xoşuna gələr ki, onları "qandallayan” İqbal Ağazadə oldu!

Mənim əziz oxucularım, sizə eyforik bir məqamı da çatdırım: seçicilərlə və təbliğat qrupunun rəhbərləri ilə tanış olduqca bir daha əmin oldum ki, onlar İqbal Ağazadənin heç də tam qara olmayan gözünə-qaşına vurulub gəlməyiblər, onlar İqbal Ağazadənin mərdliyinə, sədaqətinə, onları nə qalib olanda, nə də məğlub duruma salınanda dəyişmədiyinə, onlarla bir yerdə və bir sırada olduğuna görə bir daha və yenidən ürəkdən və ürəklə ona qoşulublar və özlərindən çox, millət, xalq, dövlət üçün millət vəkili görmək istəyirlər! Əmin edirəm ki, onlarda qələbə ehtirasını o qədər güclü gördüm ki, "generallar”ın müşayiəti ilə Gəncə (prospekti) boyu atəşfəşanlığın iyi burnumu vurdu! Hələ bu qələbənin ləzzətinin dadı az qala ağzımı da sulandırdı.

İnanıram və sizləri də əmin edirəm: "Mehmandarov”, "Şıxlinski”, "İnqilab İsmayılov” olan yerdə, "Zeytun” və "Zığ yolu” kimi "strateji məntəqələr” tam nəzarətdə olduğu halda,"Naximov”un "zəiflik”göstərib işə pəl vurmaq cəhdi boş şeydir! Bizim üstümüzə qələbəmizi yatırtmaq üçün həmişə "ordu” ilə gəlsələr də, bunu da nəzərə almaq olar: "2-3 min əsgər” itkisiylə 40 minlik seşici-xalq ordusunun qələbəsi yenilməz! Kolay deyil e!

Sizlərə saatlarla qərargahdakı toplantıdan reportaj yapardım, amma bilirsiniz niyə ancaq şad xəbərlərlə kifayətləndim: seçki təbliğatı Ümid Partiyasının sədrinə ona görə lazımdır ki, seçicilər bilsin: onların deputatının adı var siyahıda və onlar gedib səslərini ona versinlər! Adamları seçkiyə və səsverməyə çağırmaq! Onlar özləri bilir kimə səs verəcəklər!

Adam nə qədər xoşbəxt olmalıdır ki, səs uğrunda mübarizə aparmasına ehtiyacı olmasın: "bu kişi mənim babam” deyənlərə nə deyəcəksən ki? Gedərsən deyərsən mən də varam, deyəcək ki, İqbal Ağazadə 100 ildi var, səni kim s...eçdi bizə?

Azərbaycanda bir neçə nəfər var ki, onun haqqına girəndə bədəli ağır olur. Onlardan biri də İqbal Ağazadədir! Araz(çayıy)la ölkəni ayıranlar Araz(Əlizadə)la İqbal Ağazadəni də cəmi 4 il seçicilərindən ayırdılar – Azərbaycan tarixində ilk dəfə parlament buraxıldı: könüllü! Araz Əlizadənin isə hərçi-bətəri 40 min dəfə urvatsız şəkildə xatırlandı!

Bax, bu yerdə sizə bir hədis danışım, reportajımı bitirim!

Deməli, bir gün ölkənin çox möhtəşəm siyasi isimlərindən biri məni işə dəvət etdi, amma başımın üstündə ağa mənim şəyirdim olmaq şərtiylə. Adama heç nə demədim, təşəkkür elədim, çıxdım! Aydın Canıyev olmaram ki, bu olaya dolayısıyla da olsa münasibət bildirməyim, heç olmasa, bir köşə səviyyəsində. Götürüb yazdım:

Bir gün dəvənin sahibi ölüm ayağında olur, dəvədən halallıq istəyir. Dəvə də qayıdasan ki, sənə hər şeyi halal edirəm, amma noxtamı o eşşəyin quyruğuna bağladın e mən yorulanda Ağsu dolayında, bax onu sənə bağışlamıram!

Adamlar özlərinin sahibinə halallıq verməmək xatirinə özlərini bir çox hallarda dəvə kimi aparmamalıdırlar! Noxtanı vermə eşşəyin quyruğuna bağlasınlar, vermisənsə, day qiyamət gününü gözləmə!

Həə, əzizlərim, təbliğat qruplarına qoşulanlar, indidən bilin və seçki bitəndən sonra noxtalarınızı quyruqlara bağlamağın acısını yaşamayın, verməyəcəyiniz halallıq isə o boş başınıza dəysin!
Hər zaman bütün sahələrdə favorit söhbəti olub: 35 saylı Xətai üçüncü seçki dairəsində favorit İqbal Ağazadədir. O dərəcədə ki, alternativlər haqqında antitəbliğat aparmayın göstərişi verib!
Bir jurnalist və vətəndaş kimi, bu gün zövq aldım, qürur duydum... İqbal Ağazadə onun qərargahına toplaşmış seçiciləriylə seçki kampaniyasının detallarını müzakirə və çıxış edərkən!
Düzdür, ümumilikdə bu seçkidə favoritlərdən çox "freylin”lər, "kozyol otpuşşeniya”lar da var, amma nə olsun ki?

İqbal Ağazadə yeganə qaliblərdən olacaq ki, "rəqibləri” növbəti dəfə növbəti ünvanlarda özlərini sınayacaqları ilə təsəlli tapacaqlar! Əlbəttə ki, İqbal Ağazadəni təbrik və təbliğ etməklə!

Zaman ən böyük məlhəmdir... hətta ən acı məğlubiyyətlərə! Ləyaqətlilər qalib olanda ağrılar bir az daha küt olur!

Aydın Canıyev 
Miq.Az
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar