Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İcra başçısının oğluna məxsus 3 şirkət üzə çıxdı (FOTOFAKT)

5-03-2020, 10:59   

 



Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyev 3 şirkətin təsisçisir.

Anaxeber.info xəbər verir ki,  bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, Orxan Allahverdiyevin 4 həmtəsisçidən biri olduğu "İnvest-2011" MMC 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. Şirkətin digər həmtəsisçiləri arasında Yusif Hümbətovun oğlu Asim Hümbətov da var.

Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan keçmiş və Fətəli Xan Xoyski prospekti, ev 113, mənzil 48 ünvanında hüquqi qeydiyyatda olan "O.Ş-İnşaa" MMC-nin də təsisçisidir. Ötən il bu şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar (3(005)-85/19 saylı) çıxarmışdı.

Başçı oğlunun sahibi olduğu 3-cü şirkət - "Amiras" MMC 2007-ci ilin martında qeydiyyata alınıb, şirkət Yasamal rayonu Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır.

Elxan Allahverdiyev özü icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə çalışıb. O, 6 iyun 2018-ci ildə Xaləddin İsgəndərovun yerinə təyin edilib.
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar