Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Abdin Fərzəliyevi bitirəcək adlar: Nurlan, “Quska”, Altun və

25-03-2020, 10:14   
 

Hakim komandada aparılan kadr islahatları və idarəetmədəki dəyişikliklər sürətli xarakter alıb. Ölkə başçısı məmurlardan tək-tək hesabat tələb edir, ictimaiyyət qarşısında tənqidlərini bildirir, dəyişikliklərin dönməz xarakter aldığını mesaj verir. Növbəti dəyişikliklər Bakının rayonlarının bəzi icra başçıları ilə vidalaşmaqdan ibarət olacaq. Əgər həmin fiqurlar dəyişməsə, sistematik işlər həyata keçirmək nonsensdir. Ölkə rəhbərinin tapşırıqlarına məhəl qoymayan Bakının bir neçə icra başçsının vaxtı yetişib, prezidentin də səbr kasası daşıb. Məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bu sırada Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin adı xüsusilə hallanır: “Heçdə uzaq olmayan keçmişdə böyük qalmaqalla yadda qalan Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyevlə I müavini Şahmar İbadovu üz-üzə qoymuş gözdən əlillər üçün tikilmiş 12 milyonluq mənzil korrupsiyası ilə bağlı məhkəmə heç də arxivə təhvil verilməyib və bu Abdin Fərzəliyevin vəzifədən getməyinin əsas arqumentlərindən biri olacaq”. Amma bu da yeganə amil deyil. Nərimanov icra başçısının fəaliyyəti və tərcümeyi halı ciddi qalmaqallarla zəngindir.
Abdin Fərzəliyevin Nurlan adlı müəmmalı adamı
Nərimanov icra hakimiyyəti başçısının adı hallanan qalmaqallardan biri də Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovla bağlıdır. Belə ki, Bakıda çoxsaylı mülklərə sahib olan məhkəmə sədrinin Abdin Fərzəliyevlə ciddi biznes əlaqələrində olması haqda yerli mediada iddialar səslənib. Həmin iddialara görə, A.Qafarov paytaxtda sahib olduğu mülkləri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin yaxın adamı olan Nurlan adlı şəxsin vasitəsilə idarə edir: “Daha doğrusu, ona bu işlərdə yardımı Abdin Fərzəliyev edir”. Bu məlumata əsasən cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, icra başçısının həmyerlisi olan Nurlan adlı şəxs yaşca Abdin Fərzəliyevdən kiçik olsa da, onun ən etibarlı adamı kimi tanınıb və icra başçısının qeyri-rəsmi işlərinə rəhbərliyi məhz bu şəxs həyata keçirir. Mənbənin sözlərinə görə bütün “qara işlər”ə Fərzəliyevin “sağ əli”, faktiki, özünü birinci müavin kimi aparan icra hakimiyyətinin hüquqşünası Nurlan Həsənov rəhbərlik edir. O, ortada çox görünməsə də, hər kəs bilir ki, Nurlan Həsənov Fərzəliyevin “sağ əli” olmaqla, onun bütün “işlərilə” şəxsən özü məşğul olur.(N.Həsənovun karyera yüksəlişi, mükafatlandırılması və ivra başçısı ilə əlaqələri haqda daha ətraflı növbəti yazımızda bəhs edəcəyik).
“Quska” və Sevinc Babayeva sindromu
Nərimanov icra başçısının keçmişi ilə bağlı yaşadığı ciddi problemlərdən biri onun keçmiş deputat, hazırda Almaniyada mühacirətdə olan Hüseyn Abdullayevlə isti münasibətlərinin olmasıdır. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, Abdin Fərzəliyevin hakimiyyətdəki rəqibləri bu məsələ barədə vaxtaşırı mediaya faktlar ötürürlər. Eyni zamanda bu barədə Prezident Administrasiyasına dosye göndərilib. Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma Hüseyn Abdullayevlə Rövnəq Abdullayev arasında münasibətlərin kəskin olduğu bəllidir. Digər tərəfdən 2005-ci ilin parlament seçkilərində Abdin Fərzəliyev Hüseyn Abdullayevə və hakimiyyətin hədəfində olan başqa bir keçmiş deputata – Rza İbadova dəstək verib. Abdin Fərzəliyev həmin vaxt Nizami rayonunun icra başçısı olub. Rza İbadov isə seçkidə Rövnəq Abdullayevin rəqibi idi.
Abdin Fərzəliyev karyerasında ən böyük narahatlığı Gülər Əhmədova olayında keçirib. Bunun səbəbi isə icra başçısının bu hadisələrdə əsas fiqurlardan olan mərhum Sevinc Babayeva amili idi. İcra başçısı və Sevinc Babayeva münasibətləri ilə bağlı mediada ciddi iddialar səsləndirilib. Lakin o zaman hansı səbəbdən bu fakt diqqətdən kənarda qalıb. Məlumatlara görə, Abdin Fərzəliyevin rəqibləri bu məsələni də yenidən gündəmə gətirmək niyyətindədirlər.
“Altun” şadlıq evinin dərin kökləri
Nərimanov icra hakimiyyəti başçısıAbdin Fərzəliyevin karyerasına son verəcək səbəblərdən biri də illər əvvəl onun inşa etdirib bağışladığı “Altun” şadlq sarayıdır. Belə ki, bu sarayın adı və bağışlanma ünvanı ilə bağlı məqamlar A.Fərzəliyev üçün hər zaman sirr kimi saxlanması vacib olan məsələdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar