Ana səhifə

Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı

    Tarix: 02-04-2020 11:15   
 

Deputat Ülvi Quliyev İngiltərədə qiyməti milyondan artıq olan mülk alıb. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, bu deputatın sayca 4-cü bahalı mülküdür.
Jurnalist yazır ki, Ülvi Quliyev ölkənin ən iri dərman şirkətlərindən və apteklər şəbəkəsindən birinin sahibidir. Bunu bilməyən yoxdur. Amma onun apteklərində bu gün spirt, maska varmı, qiyməti nədir, bilmirəm. 
Məlum olanı odur ki, apteklərində həm də koronavurusa qarşı vasitələr satdıran deputatın Koronavirusla Mübarizə Fonduna yardım edənlər arasında adı yoxdur. Amma bundan cəmi bir ay əvvəl - hələ Avropaya koronavurus yenicə yayılmağa başlayanda və Ümumdünya Səhiyyə Təşkilatı bu qorxunc bəla haqqında ilk xəbərdarlıqlarını edəndə cənab Quliyev Londonda dəyəri 700 min funt olan 4-cü ev üçün sövdələşmişdi.
 
 

Deputat bu il martın 2-də oğlunun Londondakı UGANO LİMİTED şirkəti vasitəsilə İngiltərənin Hampshire Trust Bankı üzərindən 124 SQUİRES LANE ünvanındakı daşınmaz əmlaka ödəniş edib. Britaniya paytaxtının bu səmtindəki evlərin dəyəri 500 mindən 1 milyon funta qədər dəyişir. Bundan əvvəl isə 2019-cu ilin fevralında deputatın oğlu Orxan Quluzadə Londonun SELLİNCOURT ROAD 149 və 151 ünvanlarındakı iki ev üçün sövdələşib. 

Sövdələşmə Britaniyanın Lendinvest Security Trustees Limited şirkəti vasitəsilə edilib. Əmlak şirkətləri həmin mənzillərin birini 750 min, digərini isə 500 min funt dəyərində qiymətləndirirlər. Hampshire Trust Bankı üzərindən ötən ilin iyununda həyata keçirilən daha bir sövdələşmə isə BARNET, 20 MAYS LANE-dəki daşınmaz əmlaka - 4 otaqlı mənzilə aid olub. Yerli əmlak agentləri tərəfindən mənzil 712-787 min funt aralığında dəyərləndirilir.
  
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net