Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Daha bir saxtakarlıqoxucu mektubu

24-04-2014, 15:53   

Son günlər bir sıra informasiya portallarında yayılan Cənab Adnan Oktarla bağlı whatsapp və twitter yazışması məzmununda iddiaların saxta olduğu isbat olunduqdan sonra son olaraq yeni bir saxtakarlıq nümunəsi ortaya çıxıb. Cənab Adnan Oktar və onun sevənlərinə qarşı başladılan bu çirkin kampaniyanın yeni məhsulu olan saxtakarlıq nümunəsi “mail.ru” elektron poçt ünvanı ilə quraşdırılmışdır. Saxtakarlıq məhsulu sadəcə yeni açılmış saxta bir email və uydurulmuş bir yazının print screen edilmiş formasıdır. Bu iddianın niyə saxtakarlıq olduğunu gəlin araşdıraq.
1) İddia olunan mail şəklinə baxdığımız zaman şəklin sol yuxarı küncündə 20. 2. 2014 tarixi yazılıb. Və diqqətlə baxdığımız zaman o tarixin photoshop vasitəsi ilə sonradan ora yazıldığını görürük. Çünki həm yazının şrift formatı və ölçüsü həmdə yazılış forması yəni 20. 2. 2014 formasında olması bu yazının kompyuter ekranında olmadığını, sonrada ora yazıldığını göstərir. Bunu yoxlamaq üçün hər kəs mail.ru-ya daxil olub test edə bilər heç kimdə ekranda yuxarıda o cür tarix görsənməyəcək və ayrıca tarix yazılsa belə “2” rəqəmi “02” rəqəmi formasında yazılacaq
2) İddia edilən mail şəklində mail-in yeni açılmış bir email olduğu çox bəllidir. Yəni normal istifadə edilən bir email yox sadəcə bu məqsəd üçün açılmış yeni bir emaildir. Çünki diqqət edin solda daxil olan sadəcə 4 mesaj var. Normalda hər açılan yeni emaildə ilkin olaraq 3 hazır daxil olmuş mesaj göstərir. Bəs burda niyə 4-dür? Çünki göndərilən email əslində mövcud deyil mail.ru tərəfindən geri qayıdan email 4-cü email-i təşkil edir.
3) Şəkildə “göndərilmiş” qutusundan açılaraq baxılan bir emaili görürsüz. Hansıki [email protected] adlı emailə göndərilib. Halbuki belə email mövcud deyil. İllərdir A9 kanalının öz email-i saytlarında qeyd olunub və o email bu email deyil. [email protected] bu formada email-in mövcud olmadığının isbatı isə həm bu saytın A9-un öz saytında qeyd edilən email-lə eyni olmaması və bizim test üçün burdakı sayta göndərdiyimiz mesajın mail.ru tərəfindən geri qaytarılmasının print screen şəklidir. Hansıkı məqalədə bu şəkillədə tanış ola bilərsiniz.
4) Email-də quraşdırma tarixə görə, güya Kəmalə adlı xanım Cənab Adnan Oktarın tələbəsi Bahadır Güvən adlı biri ilə cinsi əlaqədə olubmuş. İddia tamamilə yalandır . Çünki Bahadır Güvən 1999-cu ildə Adnan Oktar camaatından ayrılmış və hətta sonralar Adnan Oktar əleyhində məhkəmələrdə şahidlik etmişdir. Dolayısı ilə 2014-cü ildə belə bir hadisənin olmağı mümkün deyil çünki Bahadır Güvən adlı insan 10 ildən çoxdur ki, Adnan Oktar camaatından ayrılıb gedib. Belə birisinə isə mailə görə xəyali “Fidan Canan” xanımın “Abimiz” deməyi mümkün deyil
5) Bu mail-ə diqqət edin mail “göndərilmişlər” qutusuna daxil olaraq açılıb. Mail.ru qaydalarına görə ekran bu formatdadır. Və “kimdən” və “kimə” yerlərində müvafiq qaydada göndərilmiş emailin göstəriciləri yazılıb. Və “kimə” sözünü altında hər zaman tarix yazılır. Baxın buna çox diqqət edin. Normalda “кому” sözünün tam altından “кому” sözü ilə eyni şriftdə və eyni şrift ölçüsündə tarix və saat yazılır. Bunu hamı test edə bilər mail.ru elektron poçtu olan hər kəs poçtundakı göndərilmiş papkasından hər hansı bir emailə daxil olub ordakı tarixlərin “кому” sözü və ordakı digər bütün yazılarla eyni şrift və şrift ölçüsündə olduğunu görə bilər. Lakin bu iddia olunan email - də isə tarix kimi qeyd olunmuş “20 fevral 19:11” in şrift ölçüləri üstündə yazılmış “кому” sözünün şrift ölçülərindən fərqlidir. Və məsafəcə normal formatdakından daha aşağıdadır. Bu da o deməkdir ki, orda yazılan tarix başqa idi, o tarix silinib yerinə güya fevral ayıymış kimi göstərilməyə çalışılıb. Məqsəd birinci maddədə qeyd etdiyimiz şəklin yuxarısındakı tarixlə bu tarixi eyniləşdirmək və əslində bu email-in son bir neçə gün ərzində göndərlidiyinin üstünü örtmək.
Bütün bu dəlillərdən aydın olduğu kimi,bu email yazışması iddiası da bundan əvvəl iddia edilmiş whatsapp və twitter kimi saxtadır və uydurma bir iddiadır. Bu nümunədən də göründüyü kimi, ALLAH möminlərə qarşı olan hər tələni başından pozulmuş olaraq yaratmışdır. Və bu cür saxtakarlıqlarla məşğul olanlar əslində fərqində olmadan özlərinin kimliyi haqqında ictimaiəti məlumatlandırmış və iftira atdıqları möminlərin isə insanlar tərəfindən daha da sevilməsini təmin etmişdirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar