Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Vidadi İsayevin ilk dəfə bütün varidatı açıqlandı – Şok siyahı

13-05-2020, 10:00   
 




Ölkədə 5 icra başçısının rüşvət faktı ilə həbsi, digərlərinin qorxu içində olduğu bir vaxtda Bərdənin İcra Hakimiyyəti başçısı Vidadi İsayevin varidatının siyahısı yayılıb. 
Anaxeber.info xəbər verir ki, jurnalist Həbib Müntəzir Bərdə “xanı”nın mal-mülkünün adbaad açıqlayıb.  İndi isə icra başçısının kəhkəşanının siyahısını təqdim edirik:

Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil
H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil
Şərq küç, ev 11B ünvanında xidməti mənzil
Oğluna 100.000 manatlıq çayxana,
Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan
"Ana və Uşaq" kafesi
"Təchizat BCS" MMC şirkəti
Bərdədə ikimərtəbəli mağaza
Mixaylovka kəndində bir imarət
Ağcakənddə ikinci böyük villa
Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə
90-GP-555 dövlət nişanlı Toyota Prado
Mercedes G63 AMG
Bərdədə Heydər Əliyev parkında kafe
Yevlaxda əzəmətli villa
Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər
Rusiyada, Türkiyədə biznes və obyektlər
Bütün bunlar camaatın maaş kartlarından, idarə və müəssisələrdən yığılan "otkat"lardan, xalqdan oğurlanan pullardan alınan varidatın az hissəsidir.
QOHUMLUQLAR

Yoldaşı Sara Kəmaləddin qızı Bünyatova Yevlaxda Arxiv İdarəsinin müdirəsidir.
Oğlu Tural İsayev Yasamal rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi vəzifəsində işləyir.
Qardaşı Füzuli İsayev Xaçmazın reyestr xidməti rəisidir.
Qudası Fazil Həsənəliyev Baş Prokurorluğda istintaqa nəzarət idarəsinin rəisidir.
Bacanağı Bərdə rayon İcra Hakimiyyətinin təmir-tikinti işlərinə rəhbərlik edən Mahmud İsmayılov
Vidadi İsayev Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu, qaynı gömrük polkovniki Nazim İsayevin qaynatasıdır.
AnaXeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar