Sizin Reklam Burada

Sərt karantinin ləğvi üçün imkan var: Aktiv xəstə sayı 7 mindən azdır

29-07-2020, 13:32   


Sərt karantinin ləğvi üçün imkan var: Aktiv xəstə sayı 7 mindən azdır

5 avqust yaxnlaşdıqca karantin şərtləri ilə bağlı müzakirələr də artır.
Avqustun 5-dən sonra sərt karantin rejiminin ləğv ediləcəyinə dair fikirlər səsləndirilir. Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzköməkçisi Şahmar Mövsümov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov, eləcə də millət vəkili Musa Quliyev avqustda sərt karantin rejiminin ləğv ediləcəyi və yumşaldılma tədbirlərinə gediləcəyini barədə bəzi fikirlər səsləndiriblər.
Ölkənin baş infeksionisti Cəlal İsayev isə yoluxmanın ikirəqəmli olacağı təqdirdə, karantin tədbirlərinin yumşaldılacaq deyib. Azərbaycanda isə virusa yoluxma hələ də üçrəqəmlidirvə dəyişkəndir. Belə davam edərsə, ikirəqəmliyə keçid üçün daha bir müddət sərt karantin tədbirlərinin davam etdirilməsi lazım gələ bilər. Ancaq bu, əhalinin onsuz da çətin olan iqtisadi-sosial durumunu daha da ağırlaşdıracaq.
Qeyd edək ki, Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb və ölkədə 5 aydır ki, karantin tədbirləri tətbiq olunur.
Tanınmış həkim Vasif İsmayıl Cebhe.info-ya açıqlamasında deyib ki, yumşaldılma üçün əsas kriteriya yoluxma sayınının aşağı düşməsi ola bilər:

“Amma əsas qərar aktiv xəstə sayına görə veriləcək.
Yumşaldılma tədbirlərinə gedilməsi üçün aktiv xəstə sayı 7000 mindən aşağı olmalıdır. Yəni daha neçə ay karantində qalacağımızı bilmirəm. Bu, artıq siyasi qərar olacaq, tibbi qərar yox… Amma onu bilirəm ki, yumşaldılmaya getsək, yoluxma sayı yenə artacaq. Biz bir dəfə də bu təcrübəni keçmişik. Ona görə hesab edirəm ki, bu dəfə də tibbi qərar verilməyəcək”.
Məlumat üçün bildirək ki, indiyədək ölkədə ümumilikdə 30 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, aktiv xəstə sayı 6 555 nəfərdir.
Alçina Amilqızı
Cebhe.info
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar