Sizin Reklam Burada

Bayram günlərində rayona getmək istəyənlərə XƏBƏRDARLIQ

30-07-2020, 14:45   

Bayram günlərində rayona getmək istəyənlərə XƏBƏRDARLIQ


Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərini rayonlarda keçirmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib.
Publika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev azvision.az-a açıqlamasında bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaq.
“İnsanların sağlamlığı təhlükə altında ola bilər. Kimsə olduğu yerdədirsə, həmin şəxs bilməlidir ki, işi bağlanırsa, uzun müddət işləməyəcəksə və rayona gedərsə, artıq bayramdan sonra geri qayıda bilməyəcək. Söhbət rayon qeydiyyatında olanlardan gedir. Bakı qeydiyyatında  olanlar ümumiyyətlə rayonlara gedə bilməz. Onlar postlardan geri qaytarılacaq”, - deyə K.Əliyev xəbərdarlıq edib.
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar