Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Azərsun”un əməkdaşından görünməmiş dələduzluq – Şirkət işçisinin əməlləri barədə tədbir görəcəkmi?- foto

5-08-2020, 13:11   

Bakıda avtomobillərin icarəsi ilə məşğul olan “Ali Renta Car” şirkətinə qarşı görünməmiş dələduzluq olayı baş verib. Şirkətin əməkdaşı Ramil Qarayev ANAXEBER.info-ya bildirib ki, iyulun 30-da  Zeynalov İnqilab Qurban oğlu adlı vətəndaş avtomobilgötürmək üçün “Ali Renta Car”a müraciət edib: “Koronavirus pandemiyasına görə ölkədə xüsusi karantin rejimi tətbiq olunduğundan bizim şirkət onlayn fəaliyyət göstərir. Yəni, sənədlər onlayn qəbul olunur. Bu vətəndaş da sənədlərini, yəni, şəxsiyyət və sürücülük vəsiqələrini onlayn formada şirkətimizə təqdim edib. “Hunday Sonata” markalı avtomobili icarəyə götürüb. Həmiş şəxs Bakıda avtoxuliqanlıqla məşğul olub və Dövlət Yol Polisi əməkdaşlarının onu saxlayacağını görüb avtomobili atıb qaçıb. Yol polisləri isə avtomobili cərimə meydançasına aparıb”. Ramil Qafarovun sözlərinə görə, sonradan məlum olub ki, avtomobili icarəyə götürən şəxs heç də Zeynalov İnqilab Qurban oğlu deyil. “Sən demə, bu sənədlər saxta imiş. Avtomobili icarəyə götürən şəxs əslində Nicat Rzazadə adlı şəxsdir. Biz onun Facebook profilini tapdıq. Orada “Azərsun Holdinq”da nəzarətçi inspektor vəzifəsində çalışdığını qeyd edib”, - deyə “Ali Renta Car”nın əməkaşı bildirib. Hazırda şirkətə məxsus avtomobil cərimə meydançasındadır. Şirkətə qarşı dələduzluq edən, bu azmış kimi saxta sənədlərlə icarəyə götürdüyü avtomobillə paytaxtda avtoş etməklə qəza şəraiti yaradan   Nicat Rzazadə isə “yox”a çıxıb. “6 gündür bu adam tapılmır. Şirkətə məxsus avtomobil isə cərimə meydançasındadır. Onsuz da pandemiya dövründə işimiz çətinləşib, gəlirlərimiz azalıb, hətta şirkət bağlnamaq təhlükəsilə üzləşib. Belə bir vəziyyətdə bu hadisə ilə üzləşməyimiz isə daha bir zərbə oldu”, - deyə Ramil Qafarov bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar