Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SOCAR-dan İlham Əliyevin tənqidlərinə cavab: "Prezident haqlıdır"

7-08-2020, 12:42   




SOCARAZERTAC
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Prezident İlham Əliyevin quruma ünvanlanan tənqidini "dəqiq və haqlı" sayır.
BBC News Azərbaycancanın sorğusuna cavab olaraq, qurumdan bildirilii, Prezidentin tənqidi qurumun qarşısında "qarşısında çox məsul və çevik həll olunması vacib olan vəzifələr" qoyur.
Prezident İlham Əliyev cümə axşamı günü keçirdiyi müşavirədə dövlət şirkətlərini, xüsusilə də SOCAR-ın fəaliyyətini tənqid edib. Cənab Əliyev dövlət şirkətlərinin sanki "sosializm iqtisadi modelində" işlədiyini vurğulayıb.
Prezident SOCAR-ı hələ də dövlət büdcəsindən asılı olmaqda ittiham edib.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov BBC News Azərbaycancaya yazılı cavabında bildirib ki, qurum inzibati iqtisadiyyat modelindən tam uzaqlaşmalı, koorparativ idarəetmə sistemini təkmilləşdirməlidir: "Effektli bazar iqtisadiyyatı modelini əsas götürərək, müasir rəqəmsal şirkətə transformasiya bundan sonra daha da sürətlənməlidir. Şirkətin əsas meyarı mücərrəd "istehsalat zərurəti" deyil, konkret "iqtisadi səmərə", yəni əməliyyat və investisya layihələrinin gəlirliyi olmalıdır".
İbrahim Əhmədov qeyd edir ki, SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyası McKinsey şirkəti ilə birlikdə artıq hazırlanıb və yaxın zamanda hökumətə təqdim olunacaqdı.
Qurum sözçüsü vurğulayıb ki, yeni strategiyada şirkətin "dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi" və bundan irəli gələn məsələlər öz əksini tapıb.
İbrahim Əhmədov onu da əlavə edir ki, SOCAR lokal milli şirkətdən beynəlxalq şirkətə çevrilərək, qlobal və regional əhəmiyyətli bir çox layihələri həyata keçirməyə nail olub və prezidentin "haqlı iradlarını əsas götürərək atdığı addımları" daha da sürətləndirəcək.
Ilham ƏliyevAZERTAC

Prezident nə deyib?

Prezident İlham Əliyev çümə axşamı keçirdiyi müşavirədə dövlət şirkətlərinin, xüsusilə də SOCAR-ın fəaliyyətini tənqid edib.
"Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq,"- o deyib və əvəzində özəl sektorun daha çətin vəziyyətdə olduğunu əlavə edib: "Amma özəl sektorda, əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir".
Prezident Azərbaycanda qazlaşdırmanın dövlət büdcəsi hesabına aparıldığını qeyd edib və Dövlət Neft Şirkətini - SOCAR-ı buna görə tənqid edib:

"Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir".
Cənab Əliyev Dövlət Neft Şirkətinə büdcədən "təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına" da vəsait ayrıldığını bəyan edib.
"Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait,"- prezident sual edib və cavabını da özü verib.
O, dövlət şirkətlərinin sanki "sosializm iqtisadi modelində" işlədiyini vurğulayıb.
"Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz,"- prezident Əliyev bəyan edib.

Xəzər Dəniz Gəmiçiliyi

"Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir", prezident bildirib.

O, Xəzər Dəniz Gəmiçiliyi şirkətində vəziyyətin digər dövlət şirkətləri ilə müqayisədə daha yaxşı olduğunu desə də, əlavə edib: "Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır".
Azal, Azərenerji və Azərbaycan Dəmir Yolları
Prezident İlham Əliyein sözlərinə görə, AZAL şirkətinin "bütün təyyarələri" dövlət tərəfindən alınıb.
"Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?"
O, "Azərenerji" şirkətinin də əsas layihələrini dövlət vəsaiti hesabına həyata keçirdiyini deyib.
"Azərenerji"yə nə qədər vəsait ayrılır? - deyə o sual edib.
"Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir".
O, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətini də tənqid edib.
"Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir".
Prezident Əliyev dövlət şirkətlərinin təftiş edilməli olduğunu vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar