Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Görünməmiş dələduzluq olayı ilə bağlı nazirə müraciət olundu

7-08-2020, 13:04   


Bakıda avtomobillərin icarəsi ilə məşğul olan “Ali Rent a Car” şirkətinin əməkdaşı Ramil Qadarov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib. O, müraciətin bir surətini də də ANAXEBER.info-ya ünvanlayıb. Ramil Qafarovun yazdıqlarından məlum olur ki, “Ali Renta Car” şirkəti görünməmiş dələduzluq olayı ilə üzləşib. “İyulun 30-da  Zeynalov İnqilab Qurban oğlu adlı vətəndaş avtomobil kirayələmək üçün şirkətimizə müraciət edib. Koronavirus pandemiyasına görə ölkədə xüsusi karantin rejimi tətbiq olunduğundan, sənədləri onlayn formada qəbul edirik. Bu vətəndaş da sənədlərini, yəni, şəxsiyyət və sürücülük vəsiqələrini onlayn formada şirkətimizə təqdim edib. “Hunday Sonata” markalı avtomobili icarəyə götürüb. Həmiş şəxs Bakıda avtoxuliqanlıqla məşğul olub və Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının onu saxlayacağını görüb avtomobili atıb qaçıb. Yol polisləri isə avtomobili cərimə meydançasına aparıb. Sonradan bizə məlum olub ki, avtomobili icarəyə götürən şəxs heç də Zeynalov İnqilab Qurban oğlu deyil.  Avtomobili icarəyə götürən şəxs əslində Nicat Rzazadə adlı şəxsdir. O şirkətə saxta sənəd təqdim edib. Araşdırmalarımız zamanı bu şəxsin “Azərsun Holdinq”də nəzarətçi inspektor vəzifəsində çalışdığını öyrəndik. Daha doğrusu, özü bu barədə Facebook profilində yazıb”. Ramil Qafarov qeyd edib ki, artıq bir həftədir şirkətin maşını cərimə meydançasındədri. Nicat Rzazadəni tapmaq mümkün deyil. Şirkətin əməkdaşı Daxili İşlər nazirindən məsələni nəzarətə götürməyi xahiş edir: “Cənab nazir, Sizdən xahiş edirik ki, bu məsələni nəzarətinizə götürəsiniz. Bizim istəyimiz şirkətin avtomobilin cərimə meydançasından çıxarılmasıdır. Onsuz da pandemiya dövründə müflis olmaq dərəcəsində ziyana uğramışıq.  Ümid edirik ki, müraciətimizin nəticəsi olacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar