Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Uşaqpulu müzakirəsi: Sədr müavini vaxtı açıqladı

14-08-2020, 18:07   




Uşaqpulu məsələsi payızda gündəliyə salınarsa, buna çox həssaslıqla və diqqətlə yanaşılacaq.
Bunu Axar.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı uşaqpulu ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.
O deyib ki, Komitədə sosial problemlərə xüsusi diqqətlə yanaşılır:
“Bu, dövlətimizin və şəxsən Prezidentimizin prioritet bildiyi məsələdir. Bu yaxınlarda büdcə dəyişikliyi ilə bağlı parlamentdə iclas keçirildi. Neftin qiymətinin aşağı düşməsinə və büdcədə 35 dollardan hesablanmasına baxmayaraq, əhalinin sosial təbəqəsinə zərər gətirə biləcək heç bir dəyişiklik olmadı. Yəni büdcədə dəyişiklik olsa da, social layihələrin hamısı qorundu.
Dövlətimiz maksimum dərəcədə bu məsələlərin həll olunması üçün çalışır. Hazırda parlament tətildədir. Payız sessiyasında bu məsələni daha geniş müzakirə etmək imkanına malik olacağıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar