Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda məhkəmə anaya körpəsini əmizdirməyi qadağan etdi

24-04-2014, 18:28   
Bakıda məhkəmə anaya körpəsini əmizdirməyi qadağan etdi
Bakının Xəzər Rayon Məhkəməsində baxılan boşanma işi zamanı hakim anaya öz körpəsinə süd verməyi qadağan edib.

Ananın hələ subay ikən HİV-ə yoluxduğu ilə bağlı məlumatı olsa da, bunu ərindən gizlədib. Cütlüyün övladı dünyaya gələndən sonra ər arvadının HİV-ə yoluxduğunu öyrənib. Arvadının yalanını üzə çıxaran ər məhkəmədə HİV daşıyıcısı olan həyat yoldaşına qarşı boşanma iddiası qaldırıb.

Boşanma işinə baxan hakim qadının HİV-ə yoluxduğunu və körpənin də ana südündən HİV-ə yoluxa biləcəyi təhlükəsini nəzərə alaraq, qadına körpəsini əmizdirməyi qadağan edən qərardad çıxarıb.

Beş aylıq körpə bundan sonra anasının südünü əmməkdən məhrum olacaq.

Hazırda boşanma iddiası üzrə iş davam edir.

Qeyd edək ki, Qan testi nəticəsində ərin və körpənin HİV-ə yoluxmadığı məlum olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar