Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Deputat: "Sərtləşdirilmiş karantin rejimlərinin faydası olmadı" — "Hətta zərərinin daha çox olduğu sübut olundu"

18-09-2020, 13:22   


Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudovun ötən gün “APAralel” proqramında çıxışı edib.

Demokrat.az-ın xəbərinə görə, Rəşad Mahmudov Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasınından danışarkən etiraf edib ki, COVİD-19 infeksiyasıyla mübarizədə sərt karantin rejiminin heç bir faydası olmayıb:

“Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVİD-19 virusu ilə mübarizədə heç bir faydasının olmadığı, hətta zərərinin daha çox olduğu sübut olundu. Əslində zərərinin çox olduğunu hamı bilirdi. Tibbi nöqteyi-nəzərdən faydasına görə karantin tətbiq olunurdu, amma görüldü ki, faydası da yoxdur. Bundan sonra ən ağır, pik hadisələr olsa belə, parklarımız bağlanmayacaq. Biz məsafəli yürüş edib, maskamızı istifadə etdikdən sonra həyat olduğu kimi davam edəcək. Əvvəlki məhdudiyyətlərin bizim üçün yaratdığı fiziki passivlik mənfi nəticəsini verir. İdmançılarda bunu görürük, bu, hamımıza aiddir. Virusa görə zərərlər dəydi, hesablamaların düzgün aparılmadığı tərəflər oldu. Bu, bütün dünya üçün keçərli oldu”.

Doktor hesab edir ki, payızdan sonra istər peyvənd olsun, istər olmasın, gələcək üçün artıq rahat nəfəs alınacaq zamana giriləcək.

Onun sözlərinə görə, COVİD-19 da digər virus xəstəlikləri kimi olacaq: 

"Vaxtilə “Heptatit A” virusu ilə nə qədər insan həyatını itirib, amma indi o viruslar davranışını dəyişərək insana zərər vermədən yaşayırlar. Virusun yaşaması üçün insana ehtiyacı var. Sadəcə, indi çaşqınlıq var, bu çaşqınlığı da virus yaratmayıb. O, belə aqressiv olmamalı idi. İnsanlıq olaraq biz virusa müdaxilə etmişik, biolojik olaraq ola biləcək ehtimallar, şübhələr var. Virusun belə fərqli davranması, ağciyərə, ürək-damar sisteminə qarşı həssaslığı ilə bağlı şübhələrimiz var”.

Xatırladaq ki, bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 29 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 914 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib.

Karantin avqustun 31-nə kimi uzadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu, əks-proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirildi.

Karantin rejimi sentyabrın 30-na qədər uzadılsa da, ayın birinci on günlüyündə rayonlara gediş-gəliş açılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Eyni zamanda, ictimai iaşə obyektlərinin iş saatına dəyişiklik edilir: “6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək”.

Azərbaycanda indiyədək ümumilikdə 38 min 517 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 566 pasient ölüb.

Demokrat.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar