Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda bu məşhur mağazada "trans gəlinciklər" satılır

18-09-2020, 14:17   


Bakıda bu məşhur mağazada "trans gəlinciklər" satılır

Bakıda oyuncaq mağazalarının birində daha bir "trans gəlincik" qalmaqalı baş verib.
Unikal.org-un məlumatına görə, paytaxtda məşhur oyuncaq mağazalar şəbəkəsi olan "SuperToys"da "trans gəlincik" satışa çıxarılıb. Belə ki, oyuncağın başı qız, bədəni isə oğlandır. Maraqlısı ondadır ki, sözügedən gəlinciklər mağazada ən çox alınan oyuncaqlar sırasındadır.
Valideynlər diqqət yetirməyərək həmin oyuncaqları alır. Hətta bu barədə valideynlərdən biri mağazanın sosial şəbəkədəki səhifəsindəki paylaşıma "bu oyuncaqların satışını dayandırmalısınız" yazıb.
Xatırladaq ki, bu hal Bakıda ilk dəfə baş vermir. Bu məsələlərə münasibət bildirən psixoloqlar bildirirlər ki, belə gəlinciklər 3 yaşdan böyük uşaqlara alınır.
Bu, uşaqların artıq öz cinslərini müəyyən etdiyi yaşdır. Lakin belə oyuncaqlar çaşbaşlıq yaratmaqla yanaşı, uşağın gələcəyi üçün ciddi cinsəl problemlər yaşada bilər. Psixoloqların birmənalı olaraq bildirirlər ki, valideynlər oyuncaq alarkən maksimum diqqətli olsunlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar