Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sərt karantin geri qayıdır? - Ekspert

21-09-2020, 15:58   




Sərt karantin rejiminə nəinki Azərbaycan, hər bir ölkə qayıda bilər.
Bu sözləri Axar.az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.
Onun sözlərinə görə, yoluxmanın sayının artdığı və xəstəxanalardakı çarpayı sayının artan tələbatı ödəyə bilməmə ehtimalı yarandığı zaman xəstə sayını azaltmaq üçün sərt karantin rejiminə qayıdıla bilər:
“Xəstəlik kəskin artarsa, sərt karantin rejiminə qayıtmaq qaçılmaz olacaq. Belə olduğu halda Operativ Qərargah və onun nəzdindəki tibb ekspertləri və nazirliklərin nümayəndələri tərəfindən qərar qəbul edilib Baş nazir tərəfindən təsdiqlənəcək”.
Xatırladaq ki, bir çox Avropa ölkəsində artıq koronavirus infeksiyasının ikinci dalğasının fəsadları özünü göstərməkdədir. Belə ki, dünən Britaniyada rekord həddə yoluxma göstəricilərindən sonra yumşalmanı aradan qaldırmaq və məhdudiyyətlərin yenidən tətbiqinə qərar verib.
Türkiyə və Gürcüstan da bəzi məhdudiyyətləri bərpa edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar