Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ağdərədəki erməni polku mühasirədə AZƏRBAYCAN ORDUSU DÜŞMƏNİ TƏSLİM OLMAĞA ÇAĞIRDI

27-09-2020, 17:07   




Azərbaycan Müdafiə Nazirliyi düşmənin Ağdərədəki hərbi birləşməsinin ordumuzun mühasirəsinə düşdüyünə dəlalət edən rəsmi bəyanat yayıb.
Bəyanatda bildirilir:
Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.
Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək.
Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.


virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar