Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bu şəhərlərdə komendant saatı elan olunacaq- QƏRAR

27-09-2020, 18:17   


Bu şəhərlərdə komendant saatı elan olunacaq- QƏRAR

Xəbər verdiymiz kimi, Azərbaycan Milli Məclisinin iclası keçirilir. İclasda hərbi vəziyyət elan edilməsi ilə bağlı məsələ müzakirə edilib.
Müzakirələrdən sonra sənəd qəbul olunub.
Konstitusiyanın 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
Hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur.
Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar