Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan: karantin qaydaları sərtləşdirilir, metro bağlanır, bütün təhsil müəssisələri tətilə buraxılır

16-10-2020, 15:40   


Azərbaycanda koronavirusa yoluxanların sayı niyə artır?AZIZ KARIMOV/GETTY IMAGES
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, son günlər Azərbaycanda Covid-19 infeksiyasına yoluxma halları kəskin artdığı üçün bir sıra məhdudiyyətlər yenidən tətbiq olunacaq.
Məlumatda deyilir ki, sentyabrın 19-dan saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
Bundan başqa, oktyabrın 19-dan noyabrın2-nədək tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.



Nazirlər Kabineti bildirib ki, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılır, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir.
Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.
Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.
Son günlər ərzində Azərbaycanca koronavirusa yoluxanların gündəlik sayı bir neçə dəfə artıb.
Oktyabrın 15-də bu rəqəm 530 olub.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.
İndiyədək ölkədə 43280 nəfərdə Covid-19 virusu aşkarlanıb, 619 nəfər ölüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar