Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kreml: Üçüncü ölkələrin Dağlıq Qarabağ nizamlanmasına cəlb olunması yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür

22-10-2020, 17:52   



“Dağlıq Qarabağdakı nizamlanmaya üçüncü ölkələrin cəlb olunması yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə mümkündür”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Üçüncü ölkələrin mövcud həll formatında iştirakı tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Bu tərəflər iki ölkədir - Azərbaycan və Ermənistan. Münaqişənin nizamlanmasında iştirak etmək, bir növ vasitəçi olmaq və ya formatlarda iştirak etmək ancaq iki tərəfin razılığı ilə mümkündür”, - deyə Kremlin sözçüsü Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına cəlb olunmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar