Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Düşmən Zəngilan istiqamətində Azərbaycanın bərpa edilmiş dövlət sərhədinə təcavüz edir DÖVLƏT SƏRHƏD XİDMƏTİ VƏ MÜDAFİƏ NAZİRLİYİNİN XƏBƏRDARLIĞI

27-10-2020, 14:34   


Ermənistan silahlı qüvvələri Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu istiqamətindəki dövlət sərhədinə qarşı hərbi təxribatlara əl atmaqdadır. Virtualaz.org xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan Müdafiə Nazirliyi sərhədin həmin istiqamətində gedən atışmalar barədə xəbərlər yayır. İddia edilir ki, Azərbaycan tərəfi Ermənistanın sərhəd postlarına zərbə endirib. Və düşmən tərəf öz ərazisindən Azərbaycan mövqelərinə atəş açdığını da təsdiqləyib.
Ordumuzun Ermənistanın sərhəd postlarına atəş açması iddialarını Azərbaycan Müdafiə Nazirliyi artıq təkzib edib. Ardınca Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanatla çıxış edərək Ermənistan tərəfini bərpa edilmiş dövlət sərhədində hərbi təxribatlardan çəkinməyə çağırıb.

Bəyanatda deyilir:
-Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.
Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.
Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən, beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.
Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar