Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Ermənistan Livandan pul və muzdlu əsgər dilənir…” SƏRDAR ÜNSAL BEYRUTDAN ALDIĞI XƏBƏRLƏRİ AÇIQLADI

5-11-2020, 13:00   


Azərbaycan ordusu qarşısında məğlubiyyətə uğrayan Ermənistan hazırda Livandan pul və muzdlu əsgər dilənir. Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, bu məlumatı Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasiyasının başqan yardımçısı Serdar Ünsal açıqlayıb.
“Azərbaycan qarşısında çarəsiz qalan və çoxlu sayda əsgərini itirən Ermənistan ordusuna Livandakı ermənilər pul və muzdlu əsgər toplamaq üçün səfərbər olublar. Livanda ermənilərin yaşadıqları məhəllələrdə Dağlıq Qarabağdakı erməni qüvvələrinə pul yardımı və könüllü əsgərlər toplamaq üçün masalar qurulub. Bu, Ermənistan ordusunun tükəndiyini və döyüşə göndərməyə əsgər tapmaqda çətinlik çəkdiyini göstərir”,-Serdar Ünsal bildirib.

O, Ermənistanın baş naziri Nikol Paşinyana səslənərək öz kreslosu naminə əsgərlərini, vətəndaşlarını qırğına verməməyə çağırıb. “İşğal etdiyiniz torpaqlardan çıxın, öz sərhədləriniz daxilinə çəkilin, onsuz da indi yaşadığınız bütün torpaqlar türk torpaqlarıdır. Bir gün sıra ora da gələcək. Erməni diasporunun oyununa getməyin, deməli döyüşməyə əsgəriniz qalmayıb deyə Livandan muzdlu əsgər yığırsınız, pul dilənirsiniz. Siz hərbi canisiniz, əlləriniz məsum insanların, uşaqların qanına batıb”,-Ünsal deyib.
Xatırladaq ki, Serdar Ünsal bu ilin yazında Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışdan sonra bu ölkədəki erməni təşkilatlarının Livan ermənilərini Azərbaycanın işğal altındakı torpaqlarına köçürmək üçün kampaniya başlatdığını ilk dəfə açıqlamışdı. Sonradan bu qanunsuz köç kampaniyasını ermənilər özləri də nümayiş etdirməyə başlamışdılar.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar