Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Deputatdan hərbçilərlə bağlı güzəştlər təklifi

6-11-2020, 12:57   





Deputat Aqil Abbas Milli Məclisin plenar iclasındakı çıxışında hərbçilərin ictimai nəqliyyatdan ödənişsiz istifadə etməsi zərurətindən bəhs edib.

Musavat.com xəbər verir ki, deputat sovet vaxtında bir sıra kateqoriyalar üçün güzəştlər mövcudluğu diqqətə çatdırıb:

“Hərbçi hərbi geyimdə nəqliyyatdan istifadə edir, nəqliyyat vasitələri onlardan niyə pul istəməlidir ki? Həmçinin polis əməkdaşları xidmət başında olurlar, onların fəaliyyət sahəsi də bəllidir. Onlar nəqliyyatdan pulsuz istifadə etməlidirlər. Xüsusən hərbçilərə, özü də indiki zamanda əsgərlərimizə bu güzəşt mütləq edilməlidir”.

A.Abbas hərbçilərin xidməti başa vurandan, təqaüdə çıxandan sonra pulsuz tibbi xidmətdən yararlanmasını da zəruri saydı: “Qardaş Türkiyədə hərbçi təqaüdə çıxandan sonra dövlət xəstəxanalarından pulsuz istifadə edir. Bizdə bunu tətbiq etmək doğrudanmı çətindir?
DİN-də polis işçiləri təqaüdə çıxandan sonra da onların poliklinikalardan, xəstəxanalardan pulsuz istifadə edirlər”.

A.Abbas Nazirlər Kabinetinə müraciətlə hərbçilərə də eyni güzəştlərin tətbiq edilməsini xahiş edib.

Sədr deyib ki, bu təkliflərə baxıla bilər.

E.Paşasoy,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar