Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ÖLKƏDƏ QARABAĞA RUS QOŞUNLARININ GİRİŞİ ƏNDİŞƏSİ... - Deputatdan açıqlama

11-11-2020, 12:06   




Sosial medianın Azərbaycan seqmentində bir həyəcan, narahatlıq, ajiotaj hökm sürür. Sosial şəbəkə istifadəçilərinin bir çoxu rus sülhməramlı qoşunlarının Qarabağa yerləşməsi ilə bağlı ümidsiz proqnozlar yazırlar. Onlara elə gəlir ki, yenə köhnə əyyamlardır, 1920-ci illər, 1990-cı illər təkrarlanır, onlara elə gəlir ki, Rusiya bizi tələyə salır, rus əsgəri əbədi bu ərazilərə nəzarət edəcək, nəticədə suverenliyimiz risklidir və sair.
Amma vətəndaşlarımız unudurlar ki, bölgədə təkcə rus yox, həm də türk sülhməramlıları keşik çəkəcəklər.
Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, müqavilənin 5-ci bəndində bu məsələ öz əksini tapıb. Noyabrın 10-da, saat 18:00-da Türkiyə sülhməramlıları Qarabağa gəlməliydi. Ona görə də rahat olmaq gərəkdir və Ali Baş Komandana güvənmək lazımdır. Sadəcə, bəzi sosial şəbəkə fəallarında qorxu yaranıb ki, Rusiyanın istəyi elə bu prosesin yekununda qoşunlarını Qarabağa yerləşdirmək olub.
Hətta rus qoşunlarının Qarabağa yerləşməsini Xankəndi, Xocavənd, Ağdərə, Əsgərandakı erməniləri qorumaq kimi qiymətləndirənlər var. Müzakirələrin ən çox dartışılan hissəsi Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənd rayonlarında Ermənistan silahlı qüvvələrinin və yerli özünümüdafiə qüvvələrinin tərk-silah olacağı məsələsidir.
Bu ərazilərdə ermənilərin silahlı birləşmələri, xarici muzdlular, terrorçular var. Onların tərk-silah olunması hansı prinsip və qrafiklə, razılaşma ilə həyata keçiriləcək?
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin sözlərinə görə, Qarabağda təmas xəttinə yalnız rusiyalı sülhməramlılar yerləşdiriləcək.
Ancaq Ankaranın masaya oturmasını nəzərdən qaçırmaq olmaz. Əksinə, Türkiyə-Rusiya ortaq əməkdaşlığının təmin olunması üçün yeni imkanlar yaranır, regionda münasibətlər daha da inkişaf edəcək.

Deputat Vahid Əhmədov musavat.com-a a açıqlamasında da Rusiya sülhməramlılarının gəlişindən əndişələnənlərə səslənib: “Heç kim narahat olmasın. Əvvəla, Rusiya 90-cı illərdəkindən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu. Eyni zamanda bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Bu, sadəcə, Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhmərmalı hərbçilərin mövcudluğundan ibarət olacaq. Bir vacib məqamı da unutmayaq ki, bölgədəki sülhün qarantı təkcə Rusiya deyil, qardaş ölkəmiz Türkiyə də olacaq”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar