Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hövsanda 161 saylı marşrut sakinlərə zülm edir – Foto

19-11-2020, 12:45   






Hövsanda 161 saylı marşrut sakinlərə zülm edir – Foto



 
Paytaxtın Hövsan qəsəbəsindən Suraxanıya işləyən 161 saylı marşrut xəttində olan avtobuslar bərbad və acınacaqlı vəziyyətdədir.
Bu barədə Reportyor.info-ya şikayət edən qəsəbə sakinlərinin sözlərinə görə, avtobuslar dağılıb-tökülür, sınıq-salxaqdır, oturacaqları pis gündədir.
Sərnişinlər deyirlər ki, “Transgeyt” şirkətinə məxsus olan 161 saylı avtobuslar yığışdırılmalıdır. Hövsan sakinlərinin sözlərinə görə, dəfələrlə bu marşrut xəttinin bağlanması üçün müraciət ediblər.
Hətta Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Eldar Əzizov da “Transgeyt”in bu bərba avtobuslarının yığışdırılmalı olduğunu söyləyib.
Amma bu günə qədər Bakı merinin göstərişinə və sakinlərin tələblərinə məhəl qoyulmur, dağılmış avtobuslar fəaliyyətini davam etdirir.
Onlar arzulayırlar ki, tezliklə səsləri eşidilsin, sözügedən marşrut xətti bağlansın, bir çox istiqamətlərə olduğu kimi Hövsan-Suraxanı üzrə də normal avtobuslar fəaliyyətə başlasın.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar