Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Evdə müalicə alan “Covid” xəstələrinin qorxudan statistikası - 30 min...

25-11-2020, 08:51   


Azərbaycanda evdə müalicə olunan koronavirus xəstələrinin sayı açıqlanıb.

“Report” xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, həmin şəxslərin sayı 30 787 nəfərdir..
“2 691 nəfərə yeni diaqnoz qoyulub. Bakı şəhərində 41 COVID-19 məntəqəsi var”, o vurğulayıb.
Mürsəlova əlavə edib ki, ölkədə süni tənəffüs aparatları kifayət qədərdir.
“Süründürməçilik baş alıb gedir”
“10 gündür ki, koronavirusdan sağalmışam. Öz övladım müalicə etdi, poliklinikaların ümidinə qalsaydım bəlkə də ölmüşdüm”.
Bunu “Yeni Müsavat”a Nərmin Cəfərli adlı Bakı sakini bildirib: “Zəng vurursan poliklinikaya, deyirsən ki, xəstələnmişəm. Hərarətimin nə qədər olduğunu soruşur, deyirəm 38 dərəcə. Deyir, təcili yardıma zəng vur. Təcili yardımdan da yönəldirlər təzədən poliklinikaya. Süründürməçilik baş alıb gedir. Evə gələn, yoxlayan yoxdur. İnsanı təcrid etmirlər. Evdə olan hər kəs koronavirusa yoluxur. Nə dərman verirlər, nə iynə vururlar. Bakının demək olar ki, bütün poliklinikaları belə işləyir. Koronavirusun yayılması məhz poliklinikalardan, təcili yardımların işindən asılıdır".
Xəbərlər: Poliklinikalarda pulsuz tibbi xidmət ləğv edilir – - GULUSTAN.INFO
Şikayətlərlə bağlı poliklinikalardan cavab
Son günlər poliklinikaların fəaliyyəti ilə bağlı qəzetmizə çoxsaylı şikayətlər daxil olub. Məsələni aydınlaşdırmaq üçün ilk olaraq bir neçə poliklinika ilə əlaqə saxladıq.
16 saylı poliklinikadan adının çəkilməsini istəməyən tibb işçisi bildirdi ki, deyilənlər bu poliklinikaya aid edilə bilməz: “Hazırda TƏBİB-dən nümayəndə burada əyləşib, özləri nəzarət edirlər, bütün zənglərə, müraciətlərə diqqət edirlər. Sadəcə olaraq, xəstə sayı o qədər çoxdur ki, təcili yardım maşınları çatdıra bilmir”.
33 saylı şəhər poliklinikasından də deyilənləri inkar etdilər: “Siz nə danışırsınız, bizim həkimlər gecə-gündüz çalışırlar. Evlərində rahat çörəklərini belə yeyə bilmirlər. Həkimlər xəstələrlə telefonla hər gün əlaqə saxlayırlar, səhhətləri ilə maraqlanırlar. Tibb bacıları hər gün dərman preparatlarını onların evlərinə aparırlar. Bilirsiniz də, həkimlər evə gedə bilməz, ona görə xəstələrin vəziyyətini telefonla danışaraq tez-tez maraqlanırlar. Hər xəstə üçün TƏBİB tərəfindən ayrılan dərmanlar qapılarından verilir. Onu da deyim ki, xəstələrin sayı son günlər həddən artıq çoxalıb”. 
Poliklinikalarda pulsuz tibbi xidmət ləğv edilir - Az qaldı
“Poliklinikalarda xüsusi qərargahlar yaradılmalıdır”
Bizimlə söhbətdə həkim-ekspert, professor Adil Qeybulla da bildirib ki, hazırda Azərbaycanda insanların böyük əksəriyyəti virusa yoluxub: “3-4 min rəsmi rəqəmlərdir, buna baxmayın siz. Koronavirusla bağlı rəqəmlər bundan qat-qat çoxdur. Əksər adamlar heç həkimə müraciət etmirlər. Özləri həkim tapırlar, qonşunun resepti ilə müalicə olunurlar. Mən apteklərə də baxıram. Görürəm biri arbidol alır, biri antibiotik alır. Apteklərdə antibiotik qalmayıb. Özü də antibiotiklərin bu virusa heç bir təsiri yoxdur. Aptek şəbəkəsi də satır, öz biznesini qurur. Belə bir anormal vəziyyət yaranıb. İkincisi də həkim çatışmır. Bu qədər xəstəyə təcili yardım çatdırmaq olmaz. Xəstə həddən artıq çoxdur. Şikayət edənlər haqlı olsalar da, obyektiv səbəblərdən çətinlik var.  Gərək bu vəziyyətə gəlib çıxmayaydı. Çıxıbsa da, mütləq əlavə tədbirlər görülməlidir. Poliklinikalarda xüsusi qərargahlar yaradılmalıdır. Xəstələrə zəng olunması üçün. Bunu belə özbaşına, taleyin ümidinə buraxmaq olmaz axı. Gərək bu işlər təşkil olunsun”.
“Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mindən də çoxdur”
Doktor son günlər “SMS icazə”nin tətbiq olunacağı barədə deyilənlərə də fikir bildirib: “Dünyanın hər yerində görülən tədbirlər yerli epidemioloji vəziyyəti nəzərə alaraq həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, Operativ Qərargah qərar  verir. Vəziyyət kritik həddə çatsa, daha sərt tədbirlər görülə bilər. Amma mən hesab edirəm ki, bu tədbirlərin bugünki səviyyəsi yetərlidir. Məsələn, ictimai nəqliyyat bərbad durumdadır, amma açıq havada maska taxmaq məcburidir. İctimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır, yoluxmanın böyük əksrəriyyəti ona bağlıdır”. 

“SMS icazə” sisteminə keçilə bilərmi?
Həkimlər virusa yoluxanların rəsmi rəqəmlərdə göstərildiyindən də çox olduğunu bildirirlər. Bəs görəsən, yoluxma dinamikası belə davam edərsə, bu həftə “SMS icazə” sisteminə keçirilə bilərmi?
“Yeni Müsavat”a danışan deputat Fazil Musata bildirib ki, karantin qaydaları daha da sərtləşdirilməlidir: “Çünki başqa yol qalmır. Hamı səbəbli, səbəbsiz yollarda, küçədədir,  xəstəliyin daşıyıcıları virusu istənilən səviyyədə yaya bilirlər. Ona görə də çıxış yolları düşünülməlidir. Çünki maskaya əməl etməyənlərin də sayı kifayət qədər çoxdur. Onun da təsiri olub. Qələbə yürüşlərinin də təsiri oldu. Bütövlükdə xeyli təsiredici amillər var, buna görə də karantin şərtlərini sərtləşdirmək lazımdır.
Fazil Mustafa: “Rus dili tədrisini özəl sektora buraxmaq lazımdır”
Fazil Musata
Deputatlar da Milli Məclisdə yoluxmayıblar. Hansısa məclisdə və ya vətəndaşları qəbul etdikləri zaman, istər-istəməz bunlar hamısı təsir edir. Bu elə xəstəlikdir ki, harada, necə tutacağın bəlli deyil. Qorunmağın özü də virusa yoluxmayacağına qarantiya vermir".
Deputat avtobuslarda yaranan sıxlığa da münasibət bildirib: “Metronu açanda daha çox yayılırdı. Avtobuslardan isə işi olan da, olmayan da istifadə edir, çox vaxt şəhərə əyləncə xatirinə gedənlər olur. İş yerlərini də müəyyən dərəcədə məhdudlaşdırmaq lazım deyil. Çünki bu zaman da müəyyən problemlər yaranır. Bu problem tək bizdə deyil, dünyanın bütün ölkələrində bu sürətlə artmaqdadır. Görünür, bu üçüncü dalğadır. Ən azı maskaya əməl olunsa, yoluxma sayını müəyyən mənada saxlamaq olar. İnsanlar axı polis görəndə maska taxırlar. Bunun da təsiri böyükdür”.
Afaq MİRAYİQ,

“Yeni Müsavat” 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar