Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İqbal Ağazadə: "Cəzalar hərəkətlərə adekvat olmayanda cəmiyyət cinayətkarlar yetişdirir"

28-11-2020, 10:14   


Pərviz adlı gəncin bayrağa sayğısız davranışı təəssüf doğurur.
Lakin verilən cəza Pərvizin hərəkətinə adekvat deyil, olduqca ağır, sərt və hüquqaziddir.
Tələbənin hərəkətləri ictimai qəzəb yaradıb, belə həssas məqamda hamımızda ikrah doğurub. Lakin bu hərəkət olsa-olsa, qınaq obyektinə çevrilməli, gənc bir tələbənin təhsil hüququnun əlindən allnması ilə nəticələnməməlidir.
Bəlkə o tələbə sabahın elmlər doktoru, yaxşı tədqiqatçısı və ya meneceri olacaq. Kim bilir...
Qarabağda tarix yazan şəhid və qazilərimiz də bəzən mülki həyatda çoxlarının qınağına tuş gəlmirdilərmi?
İlk fürsətdə qəhrəmana çevrilmədilərmi?
Pərvizə də fürsət verilməlidir, səhvini düzəltmək üçün bu qınaq da yetərlidir.
Təhsil nazirinə və Bakı Dövlət Universitetinin rektoruna müraciət edirəm:
Pərvizin təhsil almaq hüququnu bərpa edin. Cəzalar hərəkətlərə adekvat olmayanda cəmiyyət cinayətkarlar, pis insanlar yetişdirir. Bir gənci tərbiyə etmək əvəzinə, onu pis insan olmağa məcbur etməyin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar