Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

"İkinci dalğa"nın fəsadları: "Ən çox uşaqlar yoluxur" - Həkim rəyi

4-12-2020, 16:44   


"İkinci dalğa"nın fəsadları: "Ən çox uşaqlar yoluxur" - Həkim rəyi

Həkimlər koronavirusa yoluxmuş uşaqlarda COVID-19-un 1-ci və 2-ci dalğasını müqayisə ediblər. Ciddi fərq olmasa da, bir neçə xüsusiyyət müəyyən edilib.
Cebhe.info xəbər verir ki, bu barədə rusiyalı həkim Tatyana Vişnevskaya "Doktor Piter"ə danışıb.
"Koronavirusa yoluxmuş uşaqlarda, xüsusilə də yeniyetmələrdə damar problemləri yaranıb. Bu hal başgicəllənməsi və baş ağrıları ilə müşayiət olunur", - deyə o qeyd edib.
Bundan başqa, əsəb xəstəliklərinin sindromlarının da uşaqlarda olduğunu Vişnevskaya deyib: "Koronaviruslu uşaqlarda, məsələn, astenizasiya və depressiya sindromlarına daha çox rast gəlmişik".
Həkim vurğulayıb ki, koronavirusun payız dalğasının ciddi xüsusiyyəti odur ki, ən çox uşaqlar yoluxur.
"Uşaqlar indi infeksiya mənbəyidirlər. Belə ki, onlar koronavirusun simptomsuz formasına daha çox tutulurlar. 1-ci dalğada bu proses tez bitsə də, indi daha uzun prosesin şahidiyik. Bunu laboratoriya analizlərinin cavabları sübut edib. İndi, yəni koronavirusun 2-ci dalğasında bu proses 3, bəzən 4 həftə çəkir. Belə infeksiyalı uşaqlar evdə qalarkən özündən böyüklər və yaşlılar üçün infeksiya mənbəyidirlər", - deyə həkim bildirib.
Qeyd edək ki, bir müddət əvvəl həkimlər koronavirusun aqressivliyinin getdikcə azalacağını, lakin yoluxma səviyyəsinin artacağını söyləmişdilər.
Xatırladaq ki, indi təhlükəli olan simptomların büruzə verməsinə 2 gün qalmış və xəstəliyin ilk gününü yaşayan xəstələrdir.
Sevinc Tapdıqqızı
Cebhe.info
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar