Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sərt karantindən imtina edən yeganə dövlətdən etiraf: “Uğursuz oldu”

18-12-2020, 13:03   


Sərt karantindən imtina edən yeganə dövlətdən etiraf: “Uğursuz oldu”

İsveç koronavirusla mübarizədə uğursuzluğu etiraf edib.
Cebhe.info xəbər verir ki, bəyanatı İsveç kralı 16-cı Qustav səsləndirib.
O, karantindən imtinanı nəzərdə tutan koronavirusla mübarizəyə dair milli strategiyanın iflasa uğradığını açıqlayıb.
"Bizim ölümüz çoxdur, bu dəhşətlidir”,-deyə kral bildirib.
Monarx qeyd edib ki, İsveç vətəndaşları bu qərardan ciddi əziyyət çəkiblər. Hətta bir çoxları vəfat etmiş ailə üzvləri ilə vidalaşa bilməyiblər: "Bu, ölkə üçün ağrılı təcrübə idi".
Xatırladaq ki, İsveç Avropa Birliyində sərt karantindən imtina edən yeganə ölkə olub. Hökumət bildirib ki, kollektiv immunitet yaranması üçün sərt karantindən imtina vacibdur. Üstəlik bu, iqtisadi çöküşün qarşısını ala bilər. Ancaq ölkədə yoluxma sayı 350 minə çatıb. 8 minə yaxın insan vəfat edib.
Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar