Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əlindəkiləri mediaya sızdirsan səni öldurəcəyik

20-03-2013, 18:51   
Ölkəmiz 1994 cü ildən Birləşmiş millətlər konvensiyasındakı müddüalara əsasən işğalçı Ermənistan Respublikası ilə sülh müqaviləsi bağlamışdır.Artıq 9 ildir ki ölkəmiz, işğalçı dovlətlə sülh müqaviləsi bağlamağına baxmayaraq qeyri döyuş itgilərimiz Qarabağ savaşı zamanı şəhid olanların sayına yaxınlaşmaqdadır.Döyüş olmadan dedavşina hallarına görə ölən əsgərlərimiz ictimaiəti narahat etdiyi kimi media işcilərinidə narahat etmişdir.İstər əsgər ölümləri aksiyalarında istərsədə bu hadisələri araşdırmaqda media işcilərinin rolu böyük olmuşdur.Peşə fəaliyətini yerinə yetirərəkən aksiya yerində döyulən və həbs olunan jurnalist və müxbirlər olduğu kimi aksiyadan sonarda təhdid və həbslərlə hədədələnənlər kifayət qədədr.

Bu günlərdə Beynəlxalq mətbuat mərkəzində(BMM)çıxış edən edən tanınmış hüquq müdafiəçisi L.Yunus ölkəmizdə jurnalist və media işcilərinin hüquqları hökümət nümayəndələri tərəfindən tapdalanmaqla yanaşı eyni zamandada həbs edilərək həbsxanalara basilirlar.Leyla xanımın bildirdiyinə görə ölkədə araşdırmaçi jurnalistka sənəti ən təhlukəli peşəyə çönməklə yanaşi, qeyd edim ki, bu peşə sahibləri öldürülə bilər kimi yaşayırlar.Bizə daxil olan məlumata görə bu günlərda araşdirmaçı müxbir Xəyalə Zakir qızı Əmirova və köşə yazarı Tural Zeynalov polis və mülki geyimli şəxslər tərəfindən təhdid olunmuşlar.Leyla xanıma verilən məlumata görə araşdırmaçı müxbir Xəyalə xanima zəng edən şəxslər onun son araşdırma işi ilə bağlı öldürməklə təhdid etmışlər.Belə ki, Xəyalə xanim N saylı hərbi hissədə xidmət zamanı öldürülən əsgər İsmayıl İbayevin valdeyinləri ilə görüşərək onların övladlarının ölüm səbəblərini araşdırmışdır.Bundan sonra Xəyalə xanıma zəng edən şəxslər səni odlürəcəyik! Səni həbs edəcəyik həbsxanada cürüdərik sözləri ilə təhdid etmişlər.Verilən məlumata gorə Xəyalə xanıma dünən zəng edən şəxslər onu hədələyərək bildirmışlər ki” əgər əlindəkiləri mediaya sızdırsan səni öldürəcəyik” deyərək hədələmişlər.

Huquq müdafiəçisi ölkədə media işcilərinə qarşı olan özbaşinalıqla bağli yuxari inistansialara və beynalxalq təşkilatlara müraciət edəcəklərini bildirdi.

Xatırladaq ki Xəyalə Zakir qizi Əmirova Tərəf infonun əməkdaşıdir.Xəyalə xanim keçirilən aksiyalarda aktiv müxbir xanım kimi medianın diqqətindən yayınmamışdır.

Digər şəxs Tural Zeynalov isə Azərbaycan Demokrat partiyasının üzvü və tanınmış köşə yazarıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar