Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Metro bu tarixdən səhər saat 6-da fəaliyyətə başlayır – RƏSMİ AÇIQLAMA

13-01-2021, 12:51   


Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət normallaşmağa başlayıb. Belə ki, artıq gündəlik yoluxanların sayı 7-8 dəfə aşağı düşərək 500-600 arası dəyişib. Bu azalma ölüm hallarında da müşahidə olunur. Sağalanların sayında isə xeyli artım var. Belə ki, Azərbaycanda son sutkada koronavirusa 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. Bu gün səsləndirilən fikirlərdən biri də yanvarın 18-dən sonra metronun fəaliyyətə başlamasıdır. Yanvarın 18-dən sonra metro fəaliyyətə başlayacaqmı?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı bizə heç bir məlumat verilməyib:
“Yanvarın 18-də metronun açılması ilə bağlı Operativ Qərargah tərəfindən bizə məlumat daxil olmayıb.
Biz həmişəki qaydada fəaliyyətimizə davam edirik. Bilirsiniz ki, pandemiya və karantin rejimi ilə bütün qərarları Operativ Qərargah verir. Əgər hər hansı ikinci qərar olmasa, yanvarın 31-i saat 6-da metro fəaliyyətə yenidən başlayacaq”.
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar